DOLMA

“3 bacı” dolması – HAZIRLANMA QAYDASI

Baxış sayı: 3. 292

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə “3 bacı” dolmasının hazırlanma qaydasını təqdim edirik.

 

Ərzaqlar:
Qoyun əti
Soğan
Badımcan
Pomidor
Bibər, yağ, nanə qurusu
Xörək duzu
istiot

 

Hazırlanması:
Ətlə soğan birlikdə qovrulur. Sonra üzərinə xırda doğranmış pomidor əlavə edilir və qovrulur. Ən sonda duz,istiot,nanə qurusu vurulur.Ətimiz hazırdir. Pomidor və bibərin içi təmizlənir.Badımcanın qarnI bıçaqla kəsilir. Badımcan bir az yağda qızardılır. Sonra bunların içərisi duzlanır,və ətlə doldurulur. Tavaya düzülür,və üzərinə xırda doğranmış pomidor əlavə edilir və zəif odda bişirilir. Dolma artıq hazırdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir