tort

“Maltesers” tortu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 792

“Maltesers” tortu ad günlərində, bayramlarda hazırlaya biləcəyiniz gözəl görünüşlü və çox dadlı şokoladlı tortdur. “Gencaile.az” saytı “Şirin süfrə”  rubrikasında instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən dadlı şokoladlı tortun reseptini təqdim edir.

 

Tərkibi:

Krem üçün:

185 ml süd

200 qr qəhvəyi şəkər tozu

125 qr kərə yağı

Korj üçün:

1 xörək qaşığı qabartma tozu

200 qr un

3 ədəd yumurta

50 qr kakao

185 qr otaq temperaturunda yumşaldılmış kərə yağı

 

Qanaş üçün:

345 qr şəkər kirşanı

95 qr quru süd

300 qr tünd şokolad

125 ml 35 % -lik qaymaq

30 qr kərə yağı

Üzəri üçün:

465 qr Maltesers şokoladlı konfetləri (təxminən 3 paçka)

Hazırlanma qaydası:

Krem üçün ilk öncə otaq temperaturunda yumşaldılmış kərə yağı, şəkər tozu və südü bir qaba töküb zəif ocaqda həll olunanadək yaxşıca qarışdırın. Ocaqdan götürün və otaq temperaturunda soyudun.

Korj üçün bir qabda ələnmiş un, kakao, qabartma tozu və kərə yağını əlinizlə ovun. Üzərinə yüngül çırpılmış yumurta əlavə edib yaxşıca qarışdırın. Dairəvi formanı kərə yağıyla yağlayın və xəmiri formaya töküb yayın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin.

Qanaş üçün balaca qazançaya şokoladı sındırıb tökün, üzərinə kərə yağı və qaymağı əlavə edib zəif ocağa qoyun. Şokolad əridikdə ocaqdan götürüb bir neçə dəqiqə soyudun. İlıq şokoladlı kütləni mikserlə və ya blenderlə eynikütləli olanadək çırpın. Üzərinə şəkər kirşanı və quru süd əlavə edib yenə çırpın və soyumağa qoyun.

Korjları 3 və ya 4 hissəyə ayırın. Hər korju kremləyin və qanaş yaxın (qanaşdan bir az kənarda saxlamaq üçün ayırın). Tortu yarım saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxardığınız tortun üzərinə qalan qanaşı yaxın və üstündən Maltesers konfetlərini düzün.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir