t

45 gün enerji saxlayan telefon

Baxış sayı: 1. 927

Dövrümüzün ən gözəl icadlarından biri smartfonlardır. Amma onlar həyatımızı asanlaşdırsa da, özlərilə müəyyən problemlər də gətirib. Bunlardan biri smartfonların enerji məsələsidir. Bütün smartfonlar az enerji saxladığına görə istifadəçilər tez-tez telefonu elektrik şəbəkəsinə qoşmağa məcbur olurlar.

Lakin amerikalı telefon istehsalçıları artıq bu problemi həll etdiklərini deyiblər. Onlar gözləmə rejimində 45 gün işləyə biləcək telefon hazırlayıblar. “Blu” şirkəti tərəfindən buraxılan “Studio Energy” smartfonu artıq satışa çıxarılıb. Onun batareyası 5000 mAh gücündədir.

İlkin qiyməti 149 dollar olan bu telefonu dayanmadan 4 gün istifadə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir