5 ilə insanlar süni ətə keçəcəklər – alimlər

Baxış sayı: 961
Alimlər əmindilər ki, haradasa 5 ilə insanlar süni ətlə qidalanmaya keçəcəklər. “Gencaile.az” xəbər verir ki, süni ət xüsusi laboratoriyalarda yetişdiriləcək və hamıya çatacaq.
Mütəxəssislərə görə, bəşəriyyət qida üçün “öz kiçik qardaşlarından” istifadə etməyi dayandırmağın bir addımlığndadır. Hollan alimləri dərc elədikləri məqalədə süni ətin iki il öncə yaradıldığını qeyd edirlər. Hələlik nəticə elə də böyük deyil, iş davam edir.
Maastrixt Universitetinin tələbələri süni ətdən ilk kotleti hazırlayıblar. Ət 3 ay ərzində gövdə hüceyrələrindən alınıb. Onun istehsalı kifayət qədər bahalı olub – 30 min avrodan çox vəsait lazım gəlib. İndi artıq prosesi maksimum şəkildə optimallaşdırmağa çalışırlar. Bu son məhsulun maya dəyərini ucuzlaşdıra bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir