7 aydan böyük uşaqlar üçün toyuq şorbası – RESEPT

Baxış sayı: 2. 635

“Gencaile.az” körpəniz üçün sağlam və qidalanma keyfiyyəti yüksək olan toyuq şorbasının hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

1 ortaboy toyuq filesi (100 qr)

1 ədəd kiçik kök

1 ədəd kiçik kartof

1 xörək qaşığı təbii zeytun yağı

4 stəkan su

Hazırlanması:

Dərisi təmizlənmiş və yaxşıca yuyulmuş toyuq ətini qazana qoyun və su əlavə edin. Orta odda 30 dəqiqə bişdikdən sonra toyuq ətini götürün. Qaynayan suya kök və kub şəklində doğranmış kartofu əlavə edin. Tərəvəzlər bişdikdən təxminən 10 dəqiqə sonra qazanı oddan götürün, içinə zeytun yağı əlavə edib ilıq halda körpənizə yedirin. Körpəniz balacadırsa, kartofu, toyuq ətini, kökü  rəndələyərək bişirin.

Çalışın, həyət toyuğu olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir