9534

7 günlük körpələri ilə belə vidalaşdılar

Baxış sayı: 1. 479

7 günlük körpələri ilə vidalaşmalı olan avstriyalı Nansi və Çarli Maklin cütlüyü sosial şəbəkələrdə geniş müzakirə edilib.

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, buna səbəb cütlüyün ölmək üzrə olan körpələri ilə fotosessiya etdirmələri olub.

7 aylıq hamilə ikən sevgilisi Çarli ilə evlənən Nansi xoşbəxt ailə olacaqlarını düşünsə də 2 ay sonra hər şey dəyişib.

Nansinin dünyaya gətirdiyi körpə nadir rastlanan xəstəliklə doğulub. Həkimlər ona körpənin 7 gün yaşaya biləcəyini deyiblər. Cütlük bu xəbəri aldıqdan sonra toy fotolarını çəkdirdikləri fotoqrafı bu dəfə də ölüm ayağında olan körpələrini çəkməsi üçün çağırıblar.

Onların vida fotosessiyası birmənalı qarşılanmayıb. Bir çox insan cütlüyə dəstək versə də bəziləri körpənin ölümünü şouya çevirdikləri üçün onları qınayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir