xanlar xanizade

Abituriyentlərin NƏZƏRİNƏ:150 bal toplayan da…

Baxış sayı: 253

“Abituriyentlər düşünür ki, imtahanda 160 bal toplayıb, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil ola biləcəyəm. Lakin 150 bal minimal müsabiqə şərtidir. Bu ixtisaslar üzrə keçid balı abituriyentlərin seçiminə görə dəyişə bilər”. Bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyir.

O bildirir ki, istənilən halda həmin ixtisasları seçmək lazımdır: “Bu siyahıda perspektivli ixtisasların sayı çoxdur. Məsələn, “Şərabçılıq” ixtisası üzrə gələcəkdə iş tapa bilmək imkanlarınız həddən artıq yüksək ola bilər. Naxçıvanda yerləşən Aqrar Universitetdə 150 ballıq bəzi ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq mümkündür. Əgər 150 bal toplamısınızsa, bu o demək deyil ki, 150 ballıq ixtisaslara 100 faiz qəbul oluna bilərsiniz. 150 bal minimal müsabiqə şərtidir”.

ixtisas secimi

X.Xanlarzadə deyir ki, abituriyentlər 150 ballıq ixtisaslarla bağlı bir qədər yanlış məlumatlıdırlar.

Onun sözlərinə görə, bunlar gələcəkdə kifayət qədər prespektiv vəd edən ixtisaslardır: “Bizim ölkəmizdə bu sahələr üzrə mütəxəssislərə ehtiyac var. Lakin müsabiqə şərtlərinin 150 bal formalaşmasında əsas səbəb abituriyentlərin bu ixtisaslara meyil göstərməməsidir. Ona görə burada müsabiqə vəziyyəti yaranmır.

III qrupda yer alan “Sosial iş”ixtisası üzrə mütəxəssislərə ehtiyac çoxdur.

Əvvəllər 150 ballıq ixtisaslarda təhsil almaq üçün yalnız müəyyən ali təhsil müəssisələrini seçmək mümkün idi. Bu ildən isə müsabiqə vəziyyətinə uyğun olaraq abituriyentə dövlət ali təhsil müəssisələrində də 150 ballıq ixtisasları seçmək hüququ verilib. Həmin ixtisaslar hansı ali təhsil müəssisəsində varsa, abituriyent ərizəsində həmin universitetləri qeyd edə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir