abort

Abortun hansı riskləri var?

Baxış sayı: 3. 203

Abort nədir, necə edilir? Hansı riskləri var? Abort sonrası nələrə diqqət etmək lazımdır?

“Gencaile.az” qadınları maraqlandıran bu sualları cavablandırmağa çalışacaq.

Abort nədir? Abort hamiləliyin öz istəyiniz, ya tibbi tələblə bağlı xüsusi üsullarla sonlandırılmasıdır. Abort dərman şəklində də tətbiq edilə bilər.

Abort hansı məqsədlərlə edilir?

  1. Hamiləlik sonlandırılması (istənməyən hamiləlik, tibbi tələb )

10 həftəlik hamiləliyə qədər hamilə qadının istəyi ilə abort gerçəkləşdirilir. Qadın subay və yetkin yaşındadırsa, öz qərarı kifayətdir. Ancaq evli qadının ərinin də qərarı vacibdir.

  1. Fraksional abort. Çox şiddətli və uzun davam edən qanamalarda və xüsusən 40 yaşdan yuxarı qadınlarda, patoloji səbəbi təsbit etmək üçün və qanamanı dayandıracaq müalicəni tətbiq etmək üçün edilir.
  1. Endometrial Dating. Sonsuzluq diaqnozu qoyulduqdan sonra yumurtlama olub-olmadığını öyrənmək üçün mensturasiyanın 21-ci günü uşaqlıq içərisindən kiçik bir parça alınaraq progesteron hormonunun uşaqlıq içinə olan təsiri öyrənilir.
  1. Rest abort. Öz-özünə olan düşmə və ya abortdan sonra qalan parçaları təmizləmək üçün edilir.

Abortdan əvvvəl dəyərləndirmə necə edilir?

Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssisin yanına gedərək hamiləliyin müddəti müəyyən edilir.

Hamiləlik ultrasəs müayinəsi ilə  təsdiqlənir.

Aborta təhlükə yaradacaq hansısa sağlamlıq probleminin olub-olmadığı müəyyən edilir.

Abortdan əvvəl nələr edilməlidir?

Abort yerli və ümumi narkozla edilir. Daha əvvəl doğuş keçirməmiş, yaxud əməliyyatla doğuş etmiş qadınlarda ümumi narkoz tətbiq edilir.

Yerli narkoz zamanı uşaqlıq ağzının iki tərəfinə narkoz iynəsi vurulur. Vakum ilə ağrı hissi duyula bilər.

Psixoloji təsiri nəzərə alınsa, ümumi narkoz edilir. Bunu narkoz mütəxəssisi özü müəyyən edir.

Abortdan əvvəl 6 saat ac və susuz olmalısan.

Abort necə edilir?

Hazırda vakum vasitəsilə abortlar edilir. Bu zaman vakum sistemi üçün istifadə edilən plastik uclar bi rdəfəlik istifadə üçündür və təkrarən istifadə edilməz.

Uşaqlıq ağzının görünə bilməsi üçün vaginal güzgü yerləşdirilir. Vaginal və uşaqlıq ağzı xüsusi solisiumla silinir. Tək dişli adı verilən alətlə çəkilərək düz hala gətirilir.

Buji adı verilən alətlə hamiləliyin həftəsinə uyğun olaraq uşaqlığın ağzı genişləndirilir. Daha əvvəl doğan, ya da hamiləlik müddəti az  olan qadınlarda bu üsul tətbiq edilmir.

Dilatasiya (uşaqlıq ağzı genişləndirmə)  sonrası steril edilmiş xüsusi plastik borularla uşaqlıq ağzından girib uşaqlıq boşluğuna çatdırılır. Bu borunun ağzına vakum təsiri yaradan şpris taxılır. Şpris təzyiq yaradaraq boşluğun içindəki maddəni əmərək təmizləyir.

İş bitdikdən sonra boru çıxarılır və çıxan yerdə olan qanama qazlı pambıqla silinir, tamponlanaraq qanama dayandırılır.

Vagina steril maddə ilə silinərək güzgü çıxarılır.

Xəstə ayağa qaldırılmadan içəridə parça qalıb-qalmadığını öyrənmək üçün ultrasəs müayinə edilir.

Narkoz sonrası ağrıların azaldılması üçün ağrı kəsici vurulur.

Abortdan sonra nələrə diqqət etmək lazımdır?

Antibiotik, ağrıkəsici və qanama azaldan dərmanlar yazılır.

1 həftə sonra ultrasəslə uşaqlıq müayinə edilir.

Abort sonrası 2-3 gün menstruasiya kimi qanama görülə bilər. Qanama olmaması da normaldır. Menstruasiya ağrılarına bənzəyən ağrılar ola bilər.

Abort sonrası menstruasiya gecikmələri yaşana bilər. 4-6 həftə ərzində olur.

40 gündən uzun davam edən menstruasiya olarsa, həkimə müraciət etmək lazımdr.

İnfeksiyanı əngəlləmək üçün 2-3 həftə boyunca hovuz, dəniz, hamamda vannaya girmək qadağandır. Ayaq üstə çimin.

2-3 həftə boyunca cinsi yaxınlıqdan uzaq durun.

Abortun riskləri nələrdir?

Uşaqlığın deşilməsi (Perforasiya) Hamilə qadının uşaqlığı yumşaq olduğu üçün səhvlər ucbatından deşilə bilər. Deşilən yer böyük və qanlıdırsa, dərhal əməliyyat edilməlidir.

İnfeksiya Steril olmayan yelərdə və alətlərlə edilən abort infeksiyalara yol açır. Bu, uşaqlıq içində yapışqanlıq və borularda fəsada gətirib çıxara bilər.

Tikə qalması (Rest plasenta) Şiddətli qanamaların səbəbidir. Abort yenidən təkrarlanır.

Uşaqlıq içində qanın yığılması (Hematometra) Çox nadir rastlanır və ağrılıdır. Uşaqlıq ağzı bağlanar və içində qan yığılıb qalar.

Uğursuz abort Əvvəldən edilən fəsadlar ucbatından uşaqlıq ağzı açılmaz və abort baş tutmaz.

Yapışqanlıq sindromu (asherman) Abort sonrası sonsuzluğa yol açan səbəblərdən biridir. Uşaqlıq içi divarlarda yaranan yapışqanlıq sonrası menstruasiya görməməklə nəticələnir. İnfeksiya nəticəsində yaşanır. Müalicə kimi spiral taxılır və hormonal müalicə yazılır.

Hamiləliyin davam etməsi 5 həftədən az olan hamiləliyin abort edilməsi nəticəsində bəzi hallarda hamiləlik davam edə bilər.

Hansı hallarda mütləq həkimə müraciət etmək lazımdır?

Abort sonrası halsızlıq, ürəkgetmə kimi hallar yaşasanız

Qanama çoxdur və şiddətlənirsə

Abortun üzərindən 12-20 gün keçməsinə rəğmən qanama və ağrılar davam edirsə

Sancılı və tutub başlayan kəskin ağrılar olursa

Yüksək temperatur və pis qoxulu axıntılarınız varsa

Hamiləlik əlamətlərinin hələ davam etdiyinizi düşünürsüzsə, mütləq həkimə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir