adlar

Ad seçimində klassik, yoxsa müasir adlara üstünlük verməli? – Psixoloq rəyi

Baxış sayı: 1. 690

Müasir dövrdə valideynlər daha çox klassik adlara üstünlük verirlər. Bunlardan daha çox dini adlara rast gəlmək olar: Məhəmməd, Yusif , Xədicə, Zəhra və s. Əslində bu yaxşı haldır, amma,ilk öncə valideynlərə məsləhətim o olardı ki, daha çox uşaqların adlarının mənasına fikir versinlər və bəzi adlar var ki, ilk baxışdan xoş görünə bilər, amma onun mənasına gələndə görürsən ki, çox pis səslənir. Məsələn: Leyla adı özü gözəl səslənir, amma onun mənası “qaranlıq” deməkdir. Yəni uşaq dünyaya gələndə uşağa belə ad verilməsi düzgün deyil.
Hər kəsin öz fikri var. Bəzən nənələr deyir ki,” sən mütləq mənim adımı yaşatmalısan” və ya babalar deyir ki, “mənim adımı qoymalısan”. Əslində bu pis hal deyil, amma ki, bəzən olur o valideynlərin adı keçmişdə qoyulduğuna görə səslənməsi biraz qəribə alınsın. Məsələn Qızqayıt və s. Bu kimi adlar var ki, onlar müasir dövrlə uyğunlaşmır və uşaqlar bəzən utanc yaşayır , ona görə də valideynlər özləri hansı ad onlara xoş gəlirsə, sabah sinifyoldaşları arasında, cəmiyyətdə problem yaşatmayacaqsa, ona o adı qoya bilər.
Əslində 4 ayında uşaq ana bətnində formalaşır və kənar səsləri hiss edə, duya bilir. Əgər bu vaxtdan uşağa ad qoyulsa və o ad ilə əzizlənsə, bu artıq uşaq üçün müsbət haldır.
Çox vaxt valideynlər ailədə rəhmətə getmiş qohumların adını uşağa qoyurlar. Deyilənə görə ilk öncə Quran oxunmalıdır və sonra adı qoymaq olar. Amma bunun nə dərəcədə düzgün olması müəmmalıdır. Daha çox ad seçimində valideynlər klassik adlara üstünlük verirlər, hansı ki, türk seriallarının təsiri də burda özünü göstərir. Bəzən öz eqolarına arxalansalar da dərininə getdikdə o adın mənasını heç bilmədikləri ortaya çıxır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir