sirke

Adi sirkənin müalicə etdiyi 5 xəstəlik

Baxış sayı: 1. 372

Təbii sirkə çox faydalı müalicəvi məhsuldur. Sirkə qədim zamanlardan müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Dahi İbn Sina, Paraselsin tibbi traktatlarında sirkə ilə müalicə haqqında məlumat var.

“Gencaile.az” alma sirkəsi ilə müalicə üsullarını təqdim edir. Nəzərə almaq lazımdır ki, yalnız təbii alma sirkəsi sağlamlığa fayda verə bilər.

 

1. Baş ağrısı

Sirkə ilə kompreslər baş ağrısı zamanı kömək edir. Bunun üçün sirkəni bir qədər qızdırın, içində pambıq əski isladın və alın nahiyəsinə qoyub uzanın.

Bu məqsədlə sirkəli sudan da istifadə etmək olar. 1 stəkan suya 1 x.q. təbii alma sirkəsini tökün və bu suyu için. Bu vasitə təzyiqi tənzimləməyə də kömək edir.

 

2. Hərarəti salmaq üçün

Sirkəli su sınanmış hərarət salan vasitədir. Sirkəni yarıbayarı su ilə durulaşdın, məhlulda əski isladın və xəstənin bədənini silin.

 

3. Boğaz ağrısı

Boğaz ağrısı zamanı sirkəli su çox yaxşı müalicəvi təsir edir. 1 stəkan suya 2 x.q. sirkəni əlavə edin və boğazınızı qarqara edin.

 

4. Varikoz xəstəliyi

Varikoz xəstəliyi zamanı sirkə çox yaxşı kömək edir – damarların divarlarını möhkəmləndirir, ödemləri azaldır.

Bu məqsədlə hər axşam ayaqlarınıza alma sirkəsi sürtün və səhərə qədər saxlayın.

Bundan əlavə hər gün yeməkdən 20 dəqiqə əvvəl sirkə əlavə olunmuş su için (1 stəkan su + 1 x.q. alma sirkəsi). Bu vasitə ürək və damaların sağlamlığı üçün çox faydalıdır.

 

5. Oynaq ağrıları

Ağrıyan oynağa sirkə ilə kompres qoyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir