vodolazka

Adi vodolazka ilə necə fərqlənmək olar? – FOTOLAR

Baxış sayı: 159

Qışda hər kəs kimi görünmək istəməyənlər üçün qarderobdakı əşyalardan çoxyönlü istifadə etməyin populyar üsulları var. Bu yazıda modapərəstləri adi vodolazka ilə fərqli tərzdə geyinməyin üsulları ilə tanış edirik:

 

Bol pencək

Bu iki sadə geyimi bir obrazda birləşdirin. Effektli alınması üçün rəngləri kontrast seçin. Məsələn, bej və ya açıq bozu qara ilə uyğunlaşdırın.

 

Donlarla

Qışda belə yay paltarlarını geyinməyə imkan verən sadə kombindir, elə deyilmi? Dəst kəmər və uzunboğaz çəkmələrlə tamamlanır.

 

Köynək

Viktoriya Bekhemin ən sevimli seçimlərindən biri də köynək altında vodolazkadır. Köynəyin qalın parçadan tikilməsi və formasını saxlaması vacibdir. Onu şalvarın içərisinə sala və ya açıq saxlaya bilərsiniz. Şıq dəstin başqa bir bonusu da var – isti saxlaması.

 

Cins pencək

Bu mövsüm cins pencəkləri geyinmək üçün bir səbəb var, onu sviterlə tamamlayın. Dəstə palto əlavə etsəniz, düzgün qat əldə edəcəksiniz.

 

Kostyum

Kostyumla eyni çalarda olan sviter soyuq havalarda ciddi iş görüşləri üçün mükəmməl seçimdir. Obrazı darıxdırıcı olmaqdan xilas edən krosovkalar əlverişli üsul olacaq, həmçinin belinizə kəmər bağlamağı unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir