adlar

Adlar insanların xarakterinə təsir edir? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 448

Bu ilin 10 ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb. Belə ki, bu il Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğur adı olub. Bu il 1647 uşağa Uğur adı qoyulub. Eyni zamanda Əli, Hüseyn, Yusif, Məhəmməd, Raul, Ömər, Murad, Adəm və Tunar adları da çox qoyulub. Qız uşaqlarına isə ən çox verilən ad Zəhra adı olub. Belə ki, bu il 1504 uşağa bu ad qoyulub. Eyni zamanda Aylin, Zeynəb, Məryəm, Fatimə, Nilay, Mələk, Ayla, İnci və Nuray adları da çox qoyulub.

Mütəxəssislərin fikrincə, adların insan taleyinə, həyatına, hətta psixologiyasına böyük təsiri var. Adlandırma ictimai bir proses olduğu üçün ailələrin ad qoyma yanaşmalarını və ad seçimlərini şərtləndirən təhsil, dəyərlər, inanc, əxlaq, həyat səviyyəsi, sosial mövqe, coğrafiya və etnik kimlik kimi bir çox amillər var.

Uşağın adının seçilməsində doğulduğu gün, saat, ay və mövsüm, doğulduğu yer, doğuş zamanı yaşanan hadisələr, böyüklərin müəyyən bir insana olan heyranlığı, minnətdarlıq və minnətdarlıq hissləri, moda kimi faktorlar mühüm rol oynayır.

adlar

Psixoloq Elnarə Əsədova bildirir ki, adlar şüurda ciddi yer tutur. Şəxsin adının mənası nümunə götürülə bilər və seçilmiş adlar insanın xarakter quruluşuna təsir edə bilər.

“Ailə və mühit həmin şəxsə adın mənasına uyğun rəftar edərsə, həmin məna həmin şəxslə eyniləşə və şəxsiyyətinin simvoluna çevrilə bilər. Əgər ad həqiqəti ifadə edərsə, şəxs düzlüyə can atar. Ancaq adın mənası təcavüzkarlığı özündə əks etdirirsə, uşaq əsəbi və ya aqressiv ola bilər. Nə qədər maraqlı olsa da, cəmiyyət də bunu düşünür. Məsələn bəzən “ ad qoyulana çəkər”, “adına layiq davranır” və s. kimi ifadələr eşidirik. Pis adlar şəxsiyyətə zərər verən, incidən mənfi təsirlərə səbəb ola bilər. Və yaxud adlar gülməlidirsə, zaman-zaman dostalrı həmin şəxsə gülər, bu da onun şəxsiyyətinə mənfi təsir edə bilər” – deyən psixoloq bildirib ki, ad seçərkən sözləri başa düşmək çox vacibdir. Onun sözlərinə görə, insanlara tanış olduğumuz zaman adını öyrənməyə çalışırıq. Bu da o deməkdir ki, ad ilk eşitdiyimiz və o insan haqqında ilkin təəssüratımızı formalaşdırılacaq amildir.

“Uşağa ad vermək uşağın şəxsiyyətinin formalaşmasında ilk addımdır. Verilən adın mənası uşağın şəxsiyyətinin inkişafına müsbət və ya mənfi təsir göstərir. İnsanın ona müraciət tərzi onun xarakterinin inkişafında və mənəvi yetkinləşməsində böyük rol oynayır. Zaman keçdikcə insan öz adına uyğun davranışlar göstərə bilər. Yəni insan öz adına uyğun hərəkət etməyi şərtləndirə bilər.

Ad qoymaq, uşağın gələcəyinə psixoloji sərmayədir. Valideynlər öz əhəmiyyətinə, prioritetlərinə və mədəni dəyərlərinə uyğun olaraq gözəl, emosional məna daşıyan adlar qoymalıdırlar.

Məsələn; Qismət, Yetər, Tale adları insanda aqressiya, ağrı, kədər və qəzəb doğuran mənfi hisslər yarada bilər.

Valideyn uşağa ad seçərkən başa düşməlidir ki, o həmişə uşaq olaraq qalmayacaq. Elə ad seçilməlidir ki, adamın 70 yaşı olanda adından utanmasın”,- deyə psixoloq bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir