yashar shamilov

AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəfat edib

Baxış sayı: 1. 885

AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti Yaşar Şamilov bu gün səhər saatlarında Sumqayıtdakı mənzilində vəfat edib.

“Gencaile.az”ın mərhumun yaxınlarından aldığı məlumata görə Y.Şamilov bir müddət imiş kimi səhhətindəki problemlərdən əziyyət çəkirmiş.

Məlumat üçün bildirək ki, Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın “Polad”, daha sonralar “Xəzər” komandasının rəisi vəzifəsində çalışıb.

1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.

Ailəlidir, üç qız övladı var. Nəvəsi Vüqar Bəybalayev “ Bakı” futbol klubunun futbolçusudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir