sac

Ağ saçlarınızı belə gizlədin – 6 TÖVSİYƏ

Baxış sayı: 998

Ağaran saçlarınızı rəngləmək üçün vaxtınız və imkanınız yoxdur? Ya da saçlarınızı rəngləməyə qıymırsınız? Bəs ağ telləri gizlətməyin yollarını bilirsinizmi?

 

Saçınızı fərqli tərəfə ayırın

Hər gün saçınızı ortadan, ya da eyni tərəfə ayırırsınızsa, bunu dəyişdirin. Saçınızı fərqli tərəfə daradığınızda çıxan ağlar daha az diqqət çəkəcək. Eyni zamanda saçlarınıza həcm də qazandıracaq.

 

Saçınıza fərqli hava qatın

Dümdüz saçlarda çıxan ağ saçlarınız o dəqiqə bəlli olur. Dağınıq qıvrımlar mükəmməl bir şəkildə istənməyən rəngdəki saçlarınızı gizlədər. Saç fırçasının yardımı ilə saçlarınızı dalğalandırın və saç spreyi sıxın.

 

Quru şampun istifadə edin

Quru şampun saçlarınıza həcm qazandıraraq, diblərinin rəngini soldurar. Rəngli quru şampunlarla ağ saçlarınızı qısa müddətlik gizlədə bilərsiniz.

Sac

Saçınızı hörün

Saçınızı hörsəniz, görünən ağ telləriniz digər saçlarınıza qarışıb görünməyəcək.

 

Aksessuar istifadə edin

Şıq bir saç toqqası saç diblərindən diqqəti yayındıracaq. Sadə bir topuz, ya da at quyruğuna fərqli hava qatar. Saç bantı da istifadə edə bilərsiniz.

 

Saçınızın həcmini artırın

Başınızın yuxarısına həcm qazandıraraq, ağ saçlarınızı asanlıqla gizlədə bilərsiniz. Etməli olduğunuz sadəcə nəm saçlarınıza köpük sürtün, qurutmadan əvvəl daraqla saçınızı tərs yönə darayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir