salvar

Ağ şalvarı harada və necə geyinməli?

Baxış sayı: 223

Ağ şalvarlar çox kişi üçün riskli bir seçim kimi görünsə də, əslində, düzgün şəkildə kombinasiya ediləndə normal görünür

Bəs, ağ şalvarları harada və necə geyinmək lazımdır? Beləliklə,  ağ şalvarları düzgün kombinasiya etməyin yollarını təqdim edirik:

Şəffaf eynəklər, açıq rəngli libasların qarderoblarda ön sıralara gəlməsi sevindirici xəbərdir. Ağ, bej və pastel çalarların hakim olduğu görüntüyə öyrəşməmisinizsə, özünüzü hazırlasanız yaxşı olar. Ofis tərzinizə daxil edə biləcəyəniz ağ şalvarlar, bahar siqanlı verən köynəklə birlikdə ikiqat güclənir. Axşam bir dəvətə gedirsinizsə, mütləq üstünə kətan pencək geyinməlisiniz.

Qadınlar üçün belə yetərincə cəsarət tələb edən başdan ayağa bəyaza bürünmək kişilər üçün tabudur. Ancaq stereotipləri qırmağın vaxtıdır. Ağ şalvarlarınızı eynirəngli tişörtlə birləşdirib, ayağınıza isə rahat sinkerlərdən geyinə bilərsiniz.

Bəyazın yanına ən çox yaraşan rəng şübhəsiz ki, mavidir. Bu kombinasiyanı istəsəniz ofisə, istəsəniz partilərə geyinə bilərsiniz. Olduqca möhtəşəm bir görüntü verən bu iki rəng tərzinizə fərqlilik gətirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir