LIMON

Ağcaqanadlardan təbii qorunma yolları

Baxış sayı: 1. 017

Yay aylarını kabusa çevirən ağcaqanadlardan təbii yollarla qorunmağın mümkün olduğunu bilirsinizmi?

Bu kiçik həşəratları uzaqlaşdırmaq üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz.

Limonu yüngülcə sıxaraq sulandırın. Ortadan ikiyə bölün və içinə mixəklər yerləşdirin. Kiçik qan əmicilər bu bitkilərin qoxusunu sevmədiyi üçün yaxın gəlməyəcək. Bundan əlavə, onlar lavanta, portağal ətrini də sevmir. Bədəninizi bu bitkilərin losyonu ilə masaj etsəniz, özünüzü qorumuş olacaqsız.

Əgər artıq ağcaqanadların “hücum”una məruz qalmısınızsa, banan qabığını həmin hissəyə sürtməklə qaşıntı və şişkinliyi azalda bilərsiniz. Nanə və evkalipt yağları da narahatçılığı aradan qaldırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir