linza

“Ağıllı” linzalar göz damcılarını əvəzləyəcək?

Baxış sayı: 1. 737

Dərmanları tədricən birbaşa gözə ifraz edən kontakt linzalar göz damcıları üçün mükəmməl alternativdir. Xarici mediaya yer alan məlumatlara görə, linzalar dərmanların gözün torlu qişasına çatdırılması problemini həll edir. Adətən, torlu qişaya toxunan xəstəliklərin müalicəsi üçün inyeksiyalar etmək tələb olunur. Bu, bir çox pasiyentlərdə qorxuya səbəb olur və nəticədə terapiyaya mane olur.

İltihabı aradan qaldırmaq xüsusiyyəti olan deksametazon yayan linzalar isə rahatlığı və istifadəsinin sadəliyi ilə fərqlənir. Linzalar uveit və makula ödemi olan heyvanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, linzalar bir həftə ərzində preparatın torlu qişaya ötürülməsinə zəmanət verib.

Əslində, linzalarla hər saat göz damcısından istifadə zamanı müşahidə olunan göstəriciləri 200 dəfə üstələyən konsentrasiyaya nail olunub. Effektivliyə görə isə, torlu qişanın zədələnməsinin qarşısının alınması baxımından linzalar inyeksiyalarla müqayisə edilə bilər. Alimlər yaxın zamanda kliniki sınaqlara başlayacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir