ağıllı pirojnalar

“Ağıllı pirojna” – RESEPT

Baxış sayı: 2. 055

“Ağıllı pirojnaların” hazırlanma qaydasını təqdim edirik:

Bu pirojnanı hazırlayanda ərzaqlar qarışır və duru xəmir alınır. Amma sobada onlar “ağıllıca”, öz-özünə aralanır: ortasında krem olan tort əmələ gəlir. Bu, ərzaqların yağlılıq dərəcəsi fərqli olduğuna görə belə alınır.

Tərkibi:

4 yumurta
125 q yağ
500 ml isti süd
115 q un
150 q şəkər tozu
0,5-1 ç.q. vanil
1 x.q. su

(20×20 sm-lik forma)

Yumurta ağlarını sarılardan ayırın.

Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın.

Yumurta sarılarını şəkər tozu, vanil və su ilə çalın.

Yağı əridin, azca soyudun.

Soyumuş yağı çalınmış yumurta sarısına əlavə edib yenə çalın.

Unu hər dəfə yaxşıca çalmaqla üç dəfəyə əlavə edin.

Südün yarısını tökün, yaxşıca çalın, sonra südün qalan yarısını da töküb möhkəm çalın.

Yumurta ağlarını ehtiyatla əlavə edin, qaşıqla altını üstünə çevirməklə ehtiyatla qarışdırın.

Formanı yağlayıb içinə un səpin (formanın kənarları açılan olmasın).

Xəmiri tökün (o, hətta blinçik xəmirindən də duru olur).

175 dərəcə qızdırılmış sobada 40-80 dəqiqə bişirin (bu, sobadan asılıdır). Üstü yaxşıca qızarmalıdır, içi isə yumşaq olmalıdır.

Tam soyudun. Üzərinə şəkər pudrası səpin. Doğrayın. /milli.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir