moda

Ağır çantalar xəstəlik yaradır

Baxış sayı: 1. 319
Ağır və böyük çantalar qadınlarda bel əyriliyi yaradır. Gündəlik həyatda qadınların istifadə etdiyi böyük və ağır çantalar onların görünüşünə təsirsiz ötüşmür. 
Belə ki, xüsusilə son illərin dəbi olan böyük çantalara üstünlük verən xanımlarda bel ağrıları yaranır.
Mütəxəssislər qeyd edirlər ki, böyük və ağır çanta daşımaq, gərgin iş həyatı, ev işləri, həmçinin stress də bu ağrıları artırır. Hazırda dünyada gənc  qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir və bunun səbəbkarı ağır və böyük çantalardır.
Mütəxəssislər bildirir ki, ağır çantaların yaratdığı fəsadlar təkcə ağrılarla kifayətlənmir. Bu, sonradan xanımlarda görünə biləcək bel əyrilikləri də yaradır. Həmçinin onurğa xəstəliyi, hərəkət ritminin dəyişməsi, vaxtından əvvəl bel bükülməsi kimi fəsadların səbəbi də ağır çantalardır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir