koronavirus

Ağır koronavirus xəstələrinin ümumi cəhəti

Baxış sayı: 735

Fransız alimləri ağır COVID-19 xəstələrinin əsas fərqləndirici xüsusiyyətini açıqlayıb. Bu barədə “Science” jurnalındakı məqalədə bildirilib.

Tədqiqatçılar koronavirusa yoluxmuş 50 xəstənin simptomlarını araşdırıb: yüngül öskürəkdən ağır tənəffüs çatışmazlığına qədər. Qan, toxumalar, immun hüceyrələri və digər biomaterialları təhlil etdikdən sonra alimlər belə bir nəticəyə gəliblər ki, xəstəliyi ağır keçirənlərin ümumi simptomu interferon reaksiyasında çatışmazlıq və iltihabın artmasıdır.

Ağır xəstələrdə immun sistemi tərəfindən virusla mübarizə üçün istifadə olunan I tip interferonların çatışmazlığı olub. Bildirilib ki, interferonların ifrazı koronavirus infeksiyasının gedişatını yavaşladır.

Alimlərin fikrincə, nəticələr göstərib ki, interferon xəstənin simptomlarına və sağalmasına təsir göstərən əsas amildir və COVID-19 üçün uğurlu müalicə strategiyasının əsasını qoyur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir