nar suyu

Ağır xəstəliklərlə mübarizə aparan faydalı bitkilər

Baxış sayı: 1. 319

Bu dünyada sahib olduğunuz ən qiyməti sərvəti-sağlamlığınızı qoruyub saxlamağın yolu sağlam qidalanmaqdan keçir. “Gencaile.az” “Publika.az”-a istinadən türkiyəli terapevt Mətin Okucun xəstəliklərlə mübarizə aparan bitkilər haqqında açıqlamasını təqdim edir:

O, qidaların xolesterin səviyyəsini, şəkər xəstəliyi, yüksək təzyiq, depressiya və cinsi sağlamlıq baxımından faydalarını və hansı qidaların hansı xəstəliklər üçün faydalı olmasından danışıb.

Xolesterinlə mübarizə aparan avokado

Kök, piylənmədən əziyyət çəkən insanlara avokado təklif olunur. Az yağlı pəhriz ilə birlikdə gündə 1 avokado yemək pis xolesterini (LDL) azaldır. Pensilvaniya Universitetində aparılan tədqiqatda həkimlər 21-70 yaş arası sağlam adamlara az yağlı pəhrizlə yanaşı gündə 1 avokado verib və 5 həftə onlara nəzarət edilib. Nəticədə pis xolesterinin azaldığı müşahidə edilib.

Antep fıstığı

“Amerika Journal of Lifestyle Medicine” adlı tibb jurnalında nəşr olunan araşdırmada qeyd olunur ki, Antep fıstığı ürək və qan dövranı sistemini yaxşlaşdırır. Səkkiz ayrı araşdırmanın nəticələri göstərir ki, Antep fıstığı bir neçə həftə ərzində pis xolesterinin səviyyəsi (LDL) 20 faiz azaldarkən, yaxşı xolesterin (HDL) rekord səviyyədə – 48 faiz artırıb. Bundan başqa, Antep fıstığının ereksiya problemi yaşayan kişilərə yaxşı təsir etdiyi, cinsi gücü artırdığı müşahidə olunub. Hər gün 40-50 qram bu fıstıqdan tövsiyə edilir.

Nar suyu xolesterinin ən böyük düşmənidir

Nar antioksidant  təsirə malikdir. Həmçinin  yağlar üzərində müsbət təsirləri var. Pis xolesterini aşağı salır, damar sərtliyini aradan qaldırır. Eyni faydalar portağal suyu üçün də keçərlidir. Aparılan araşdırmalarda gündə 2 stəkan portağal şirəsinin pis xolesterini 11 faiz aşağı saldığı, yaxşı xolesterini isə 21 faiz yüksəltdiyi məlum olub.

Yüksək təzyiq probleminin həlli üçün çuğundur suyu

London Tibb Mərkəzlərində aparılan tədqiqatda çuğundur suyunun təzyiq üzərində müsbət təsirə malik olduğu məlum olub. Çuğundur suyu təzyiqi aşağı salır. Buna görə də təzyiqi yüksək olan insanlara hər gün çuğundur suyu içmək məsləhət görülür. Ən maraqlısı isə odur ki, zamanla yüksək təzyiq probleminin tamamilə həll olmasıdır.

Şəkər xəstələri üçün qatıq və toz darçın

Kembric Universitetində aparılan tədqiqatda məlum olub ki, gündə 2 stəkan az yağlı qatıq istehlakı şəkər xəstəliyinə yaxalanma riskini 24 faiz azaldır. Başqa araşdırmanın nəticələrinə görə, gündə 30 qram qatıq şəkər riskini 18 faiz azaldır.

2014-cü ildə nəşr olunan 10 böyük araşdırmanın nəticələrinə görə, toz darçın şəkər səviyyəsini azaldır və xolesterinə müsbət təsir göstərir. Gündəlik təklif edilən toz darçının miqdarı 1- 6 qram arasında dəyişir.

Zəfəran və depressiya

Zəfəranın sakitləşdirici təsiri ta qədimdən  məlumdur. Ondan həm də ədviyyat, həm də ərzaq rəngləndiricisi kimi istifadə edilir. Son araşdırmalar göstərir ki, zəfəran depressiya üçün də çox faydalıdır. Zəfəran yaxşı antidepressantdır,  ona görə də günümüzdə bəzi depressiya dərmanlarının tərkibinə daxildir. Amma bunun xüsusi hazırlanmış dərman kapsulları olduğunu xatırlatmaqda fayda var.

Zəfəran temperaturu aşağı salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində də faydalıdır. Bundan əlavə, bu qiymətli bitki qaraciyər, öd, ürək, göz xəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir