agiz qoxusu

Ağız qoxusuna qarşı ən yaxşı təbii vasitə

Baxış sayı: 2. 147

İnsanlarla ünsiyyət qurmağa mane olan ağız qoxusunu aradan qaldırmaq, əslində, düşündüyünüz qədər çətin deyil. Ağız qoxusuna qarşı çox sadə həll variantı təqdim edirik:

Ağız qoxusu həm dildəki bakteriyalardan, həm də mədədə olan problemlərdən  qaynaqlana bilər. Bir çox xəstəliyin əlaməti olan bu problemə qarşı ən təsirli yollardan biri də qatıqdır. Nə qədər qəribə görünsə də, qatıq ağız qoxusunu  yox etməkdə çox effektlidir.

Qatığın içində olan prebiyotik maddələr ağız qoxusuna neytrallaşdırıcı təsir göstərir və qoxuya səbəb olan bakteriyaları məhv edir.

Qatıq, xüsusilə, turşu maddələrinin səbəb olduğu ağız qoxusuna qarşı çox təsirlidir. Qatıq mütəmadi olaraq istehlak edildikdə bu problemi birdəfəlik aradan qaldırmaq olur.

Unudulmamalıdır ki, diş əti xəstəlikləri, qaraciyər və ya ağciyər problemlərindən qaynaqlanan ağız qoxusunu aradan qaldırmaq çətin məsələdir. Bu xəstəliklər müalicə olunmasa, qatığın və təklif olunan digər vasitələrin ağız qoxusuna qarşı heç bir təsiri olmayacaq. Bu səbəbdən ağız qoxusu keçməsə, mütləq həkimə müraciət etməyiniz məsləhət görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir