agiz

Ağız qoxusunun qarşısını necə almaq olar?

Baxış sayı: 710

Ağız qoxusu çoxlarını narahat edən problemdir. Bu, bütün yaş qruplarında rast gəlinən haldır. Ağız qoxusunun yaranması bir çox səbələrdən ola bilər. Mütəxəssislərə görə, bir çox xəstəliklər ağızda, nəfəs yollarında pis qoxunun yaranmasına səbəb olur. Bunlar arasında sırf stomataloji səbəblər də üstünlük təşkil edir. Yəni qoxunun məhz dişlər, diş əti xəstəliklərindən qaynaqlandığı hallar yetərincədir. Stomatoloqlar hesab edir ki, ilk növbədə ağız qoxusunun səbəbi tapılmalıdır. Bundan sonra bununla bağlı tədbirlər görülməlidir.

Qeyd olunur ki, qoxunun diş əti xəstəlikləri və diş çürüməsindən yaranması mümkündür. Diş çürüyünün özü və ya çürük səbəbindən iki diş arasında qalan qida qalığından pis qoxu gələ bilər. Ağıza düzgün qulluq edilməməsi də qoxunun yaranmasına səbəb olur. Həkimə müraciət edərək müayinə olunmaq, qoxunun çürümə və ya diş əti xəstəliyindən qaynaqlandığını öyrənmək lazımdır. Diş daşları da qoxunun səbəbi ola bilər, bu isə dişlərə düzgün qulluq olmadığı hallarda ortaya çıxır.

Bu halda peşəkar şəkildə diş təmizliyi etmək, bundan sonra gündə ən azı iki dəfə, hər yeməkdən sonra dişləri fırçalamaq və bu prosesi təxminən 3-4 dəqiqə yerinə yetirmək lazımdır. Həmçinin dişlərin arasını diş ipi və ya dişlərin arasını təmizləyə bilən fırçalarla müntəzəm təmizləmək də vacibdir. Bundan başqqa, dişləri təmizləyəndə dili də təmizləməyi unutmaq olmaz. Pis qoxunun qarşısını almaq üçün bunun da müsbət nəticələri olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir