Ağlayan körpəni necə susdurmalı? – YOLLARI

Baxış sayı: 1. 478

Həyatınızdakı bu balaca, şirin, sevimli varlığı çox sevirsiniz, ancaq bəzən çox ağlaması sizi əsəbiləşdirdiyindən susması üçün nə olsa etməyə hazırsınız. Ancaq o, yenə də ağlayırsa, nə etməli? Siz bir də “Gencaile.az”-ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu tövsiyələrə əməl edin. Bəlkə şansınız gətirdi.

– Əlinə bir tualet kağızı, dəsmal, boş su şüşəsi, pult, ya da xoşlaya biləcəyi başqa hər hansı bir şey verin.

– Çıxara biləcəyiniz ən utancverici səslər çıxarın.

– Sizi biabır edəcək hər şeyi edin. Özünüzü döyün. Körpələrin bundan xoşu gəlir. Başınızı divara vurun. Özünüzə zərər vermək 100% işə yarayır.

– Çeynəyə biləcəyi ən qəribə şeyləri əlinə verin.

– “Ciççi” oynayın. Harada olmanızın heç bir əhəmiyyəti yoxdur.

– Hər hansı bir cizgi filminin musiqisini ən az 22 dəfə oxuyun.

– Ağzına yemək şüşəsi, ya da döşünüzü verin. Bir az əvvəl yemiş olsa da, yenə də aca bilər.

– Yapışqan bir şeylərlə oynamasına icazə verin.

– Əşyaları bir-birinə vurun. Ən xoşa gəlməyən gurultu səsi çıxarın. Körpənizin qulaqlarına musiqi kimi səslənəcək. Əlinə ziyansız bir şeylər, qazan qapaqları, qaşıqlar verin.

– Şkafı söküb dağıtmasına icazə verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir