Ağzını marçıldadanlar, çayı hortladanlar – əsəbimizi niyə pozurlar?

Baxış sayı: 1. 392

Yəqin ki, bu hal çoxlarınıza məlumdur. Yəni ola bilməz ki, getdiyiniz, çalışdığınız  yerlərdə və ya ən pis halda tanıdıqlarınız arasında belə adamlara rast gəlməyəsiniz.  Yemək yeyərkən ağız marçıltıları, çay içərkən xortuldatmalar, istənilən bir adamın əsəbinə bu və ya digər formada təsir edir. Bu tip hallarla rastlaşanda istər-istəməz düşünürsən görəsən, bu adam bunu bilərəkdən edir, yoxsa sadəsə hərəkətindən bixəbərdi?

Bəzən bu tip hallar davalara, ən yaxşı halda sadəcə münasibətlərin pozulmasına gətirib çıxarır. Yəni, psixoloji cəhətdən gərgin olan və ya ümumiyyətlə əsəbləri üzdə olan insanlar bu hala kəskin reaksiya verməkdən özlərini saxlaya bilmirlər.

Bəs görəsən bu kimi hallardan çıxış yolu nədir və ya aqressiv reaksiyalarla  bu tip adamları illərin vərdişindən uzaq tutmaq olarmı?

Razılaşın ki, istənilən bu cür insana “Xahiş edirəm, yemək yeyəndə ağzınızı marçıldatmayın” desək, əvəzində ciddi şəkildə təhqir görəcəyik. Xüsusi ilə bunu ictimai yerlərdə demək, ciddi fəsadlara səbəb ola bilər.  Təbii ki, burada ictimai qınaqdansa, fərdi yanaşma daha effektli ola bilər. Yəni başqa adamların olmadığı yerdə və vaxtda çox ehtiyatlı şəkildə şəxsin etdiyi hərəkətin daha doğrusunu etmək və bunu ona göstərirsənmiş kimi etmək ən yaxşı üsullardan biridir.

Bəli, bütün hallarda insan, şəxsinə ünvanlanan istənilən aqressiv qadağanı qəbul etmir. Hətta bu onun xeyrinə deyilmiş olsa belə… Odur ki, səbirli və təmkinli şəkildə davranaq ki, qaş düzəldən yerdə göz çıxarmayaq. Birdə ki, adam marçıldatmasa bizim onunla nə işimiz ola bilər axı…

Aqil Uluxanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir