film

Ailə ilə baxa biləcəyəniz 5 film

Baxış sayı: 722

Ailə birgə filmə baxmaq bir çox insanın vərdişidir. Lakin burada əsas məsələ, yaxşı film tapmaqdır. Çünki o, sizinlə birgə həyat yoldaşınızın və hətta uşaqlarınızın xoşuna gəlməlidir. Biz sizə bu axtarışda kömək edə bilərik.

Hamının xoşuna gələcəyi 5 filmi sizə təqdim edirik:

 

“Bədheybətlər tətildə”

Qəzəbli kütlə Drakulanın həyat yoldaşını öldürdükdən sonra o, bütün bədheybətlərin təhlükəsizliyini təmin edə biləcək beşulduzlu mehmanxana tikmək qərarına gəlir. Hər bir fövqəltəbii varlıq burada özünə insanlardan xilas tapa bilər. Lakin hər şey Conni adlı bir gəncin bu mehmanxanı tapması ilə dəyişir. Conni düşünür ki, bütün bu bədheybətlər sadəcə turistləri cəlb etmək üçün bir gedişdir. Yeri gəlmişkən, o Drakulanın qızı Mevisə vurulur. Onların aqibətinin necə olacağını bilmək istəyirsinizsə bu filmə baxın.

 

“Madaqaskar”

Bu filmə baxan böyüklü-kiçikli hər kəs gülmyə məhkümdur. Nyu-Yorkda yerləşən mərkəzi heyvanxananın sakinləri yanlışlıqla Madaqaskar adasına göndərilir. İlk baxışdan bunu müsbət hal kimi qarşılamaq olar. Çünki heyvanlar nəhayət ki, arzuladıqları azadlığıa qovuşurlar. Lakin sivilizasiyanın gətirdiyi rahatlığa örgəşən heyvanlar heç də şad deyillər. Onlar öz pərəstişkarları üçün darıxır və Nyu-Yorka qayıtmağa yol axtarırlar.

 

“Gəlinin meyiti”

Tim Börtonun bu filminin əsasını dəhşət və ölülər dünyasında keçirilən qorxunc toy mərasimləri təşkil edir. Süjetə əsasən, Viktor (Conni Depp səsləndirir) Emili adlı qızla ailə həyatı qurur. Lakin bir porblem var – Emili ölüdür və başqa dünyada yaşayır. Onlar həyat hekayəsini bilmək istəyirsinizsə bu filmə mütləq baxın.

 

“Çarli və şokolad fabriki”

Tim Börtonun bu lenti isə Roald Dal tərəfindən yazılan nağıl əsasında çəkilib. Baş rolu ifa edən Conni Depp tükürpədən və əcaib Villi Vonkanı canlandırır. Fİlm möhtəşəm kompüter qrafikası və parlaq musiqili parçalarla izləyiciləri cəlb edir.

 

“Kabuslarla sovrulanlar”

Yaponiya maraqlanan hər kəs Hayao Miyadzakinin kim olduğunu bilir. Onun şah əsərlərindən biri “Kabuslarla sovrulanlar” filmidir. Burada söhbət valideynləri tərəfindən tematik parkda tərk edilmiş 10 yaşlı qızdan gedir. Lakin həqiqətdə isə onları donuza çeviriblər və bu park sehrlidir. Parkın sakinləri qıza onlara qulluq edəcəyi təqdirdə valideynlərini buraxacaqlarını söz verirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir