Hemide Eliyeva 2

Ailə münaqişələri və onların aradan qaldırılması

Baxış sayı: 468

Bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin əsas formalarındandır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun  yalnız spesifik  funksiyasını yerinə yetirməsindən deyil, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi  maraq və s.  digər amillərdən də asılıdır.

Ailə iki əsas xarakterik xüsusiyyətinə – ailədaxili münasibətlərə və məişət birliyinə görə digər insan qruplarından fərqlənə bilir. Ailənin məişət birliyi dedikdə, ailədə uşaqların tərbiyəsi, böyüməsi, ailə üzvlərinin qidaya, istirahətə, asudə vaxtın təşkilinə olan təlabatların təmin edilməsi, sosial təminat, əmək fəaliyyəti, yaşayış tərzi ailə büdcəsi və təsərrüfatı, məişət mədəniyyəti və ekologiyası nəzərə alınır.

Fərdin inkişafı, formalaşması, uyğunlaşması mürəkkəb proses olub, əsası məhz ailədə qoyulur.  Ailədə baş verən münaqişələr şəxsiyyətin inkişafına birbaşa təsir göstərir. Bir çox adamlar öz şəxsi həyatlarında münaqişələrlə rastlaşırlar. Münaqişələrdən danışmaq mənəviyyatın, ideologiyanın və davranış mədəniyyətinin mürəkkəb mövzularına toxunmaq deməkdir. Konkret cəmiyyət və ya qrup çərçivəsində yaranmış əsas normalara qarşı gedən deviant davranış adlanır.

Ailədəki münaqişələr həyatın bütün dövrlərində baş verə bilər. Bu münaqişələrdən biri də ailənin ilk dövrlərində baş verir. Bu dövr adaptasiya dövrü də adlanır. Bu dövrdəki münaqişələrin əsas səbəbləri bir-birinə, hərəkətlərinə, davranışlarına uyğunlaşa bilməmək, düşüncə tərzlərinin üst-üstə düşməməsi olur.

Münaqişələrin ikinci dövrü uşağın dünyaya gəlməsi, valideynlik məsuliyyətinin yüklənməsi, uşağın tərbiyəsi ilə bağlı olur.

Münaqişələrin sonrakı dövrü isə orta yaş dövrlərində özünü göstərir. Burada münaqişələrin yaranmasının əsas səbəblərindən biri monotonluğun yaranmasıdır.

Ailədə münaqişələrə sosial şərait də təsir edir. Ailədə hər iki tərəfin işləməsi nəticəsində ailəyə çox vaxt ayıra bilməmələri, maddi durumun azlığı və s. bu kimi problemlər də münaqişəyə gətirib çıxara bilər.

Ailədə, tərəfmüqabilləri arasında münaqişə bütün ölkələr, mədəniyyətlərdə və cəmiyyətin təbəqələrində mövcuddur.

Ər-arvad üçün münaqişəin həll edilməsinin xüsusi forması boşanmadır. Bir çoxları üçün boşanma  problemlərdən, fikir ayrılığı və tərəflərin biri-birini başa düşməməsindən azad olmaq üçündür. Lakin boşanma çox vaxt tərəflərin yalnız birinin maraqlarını yerinə yetirir və digər tərəfdə ağır  sinir-psixi təəssüratı yaradır.  Bundan əlavə, boşanma nəticəsində cəmiyyətdə natamam ailə yaranır, bu isə öz növbəsində uşaqların inkişafına birbaşa təsir göstərir. Bunun nəticəsində cinayətkarlıq, narkomaniya və deviant davranış formalaşır.

 

Münaqişələrin həlli üçün aşağıdakı göstəricilərə diqqət yetirmək lazımdır:

Aktiv dinləmə

Qarşı tərəfə cavab vermədən əvvəl həmin şəxsin bizə nə demək istədiyini başa düşmək lazımdır. Bu bir çox anlaşılmazlığın ümumiyyətlə heç yaşanmamasına səbəb olar.

 

Danışmaq və özünüzü ifadə etmək tərzinizə diqqət

Ailədaxili münaqişələr zamanı gördüyümüz kimi, əsəbiləşdiyimiz zaman narahatlığımızı ən uyğun şəkildə ifadə edə bilmirik. Hiss etdiyimiz və vəziyyətin bizə zərər verdiyini ifadə edərək baş verənlərə görə qarşı tərəfi günahlandırırıq.  İstədiklərimizi digərinə zərər vermədən,  sevgi və sayğı çərçivəsində izah etməkdir. Bu yol münaqişələrin pisləşməsinin qarşısını almaqla yanaşı, problemə həll yolu tapmağımıza da kömək edəcəkdir.

 

Sevgi göstərmək

Ailə üzvləri ilə münaqişə içində olsaq da, onlar hələ də sevdiyimiz və dəyər verdiyimiz insanlardır və bunu onlara hiss etdirmək, söyləmək vacibdir.  Sevgini bildirmək münaqişənin yaratdığı gərginliyi azaldır.

 

Baş verən hadisələrdən müsbət tərəfini axtarmaq

Münaqişə ilə qarşılaşdıqda, yalnız vəziyyətin mənfi olduğunu və digərinin etdiyi və ya söylədiyi mənfi halları görürük. Bu mənfi cəhətlərə diqqət yetirmək əvəzinə, münaqişənin müsbət tərəflərindən faydalana bilərik, bunu danışmaq, başqasının nöqteyi-nəzərini bilmək, bir-birimizi daha yaxşı tanımaq üçün bir fürsətdir. Münaqişəni inkar etmək yox, bundan irəli getmək, vəziyyətdən maksimum yararlanmaq üçün istifadə etməliyik.

 

Uyğun vaxtı və vəziyyətdə müzakirə etmək

Bir çox hallarda müzakirəni təxirə salmaq çox məsləhətdir. Bu duyğu yükünün daha az olduğu və münaqişədən əvvəlki anlarda meydana gələn mənfi duyğuları idarə etmək üçün əhəmiyyətlidir.

Ailədə  münasibətlərini tənzim etmək üçün ilk növbədə özünün xasiyyəti və temperamenti idarə etməyi, güzəştə getməyi, ailənin hər üzvünün azadlığını, hüququnu pozmamağı bacarmaq önəmlidir.

 

Psixoloq Həmidə Əliyeva




3 şərh “Ailə münaqişələri və onların aradan qaldırılması

  1. Cəfər Cəfərli

    Əvvəlcə mövzunun toxunduğu nöqtələr həqiqətən günümüz üçün vacib məsələlərdən biridir. Həll edilməsi üçün sadalanan yollar da uyğun və istifadəyə dəyər yollardır. Lakin günümüzdə cinsiyyətdən fərqsiz kimə bu üsullar göstərilsə bilirəm deyəcək. Lakin istifadə etməyə gələndə birçox insanın ağlından çıxır ya da etmək istəmir. Problem də budur elə… Əsas bunu necə dəyişmək olar?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir