sevgi

Ailədə sevgini qarşı tərəfə necə hiss etdirmək olar?

Baxış sayı: 898

Bir ailədə tərəflərin bir-birini sevməsi təbii ki, yaxşıdır. Ancaq unutmayın ki, ailədə sevgini artırmaq istəyirsinizsə, sevginizi sevdiyiniz tərəfə hiss etdirməlisiniz. Çünki tərəflər sevgilərini hiss etdirdikcə qarşı tərəfdə sevginin artmasına səbəb olurlar. Üstəlik, bu sevgi mübadiləsinin ailənin möhkəmlənməsində də rolu böyükdür. Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu ifadə etmək olmaz. Başqa sözlə, ailədə sevgi nə qədər vacibdirsə, hörmət, sədaqət və s. də o qədər vacibdir.

 

Elə isə sevgini qarşı tərəfə necə hiss etdirmək olar?

sevgi

Hər şeydən əvvəl deyək ki, “Mən ürəyimdə sevirəm” sözünü lüğətinizdən çıxarmalısınız. Çünki həyat yoldaşınız sevginizi hiss edə bilməyəcəksə, deməli, bu sevgiyə etimad da edə bilməyəcək.

Sevginizi hiss etdirmək üçün ən yaxşı yol həyat yoldaşınızı tanımaqdır. Bunun üçün əvvəlcə həyat yoldaşınızın “sevgi dilini” müəyyən etməlisiniz. Məsələn, bəziləri sevginin onlara şifahi şəkildə ifadə edilməsini, bəziləri bu məsələdə hərəkətlərin əsas olduğunu, bəziləri isə hədiyyələrin üstünlük təşkil etdiyini bildirirlər. Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı başqa bir üsuldan istifadə edərək sevginizi həyat yoldaşınıza hiss etdirə bilərsiniz. Təbii ki, bu məsələdə səmimi və təbii olmağı da unutmamalısınız.

Sevgi

Bu sevgi mübadiləsi get-gedə həyat yoldaşınızın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgini cavabsız qoymayacaq. Digər tərəfdən, bu, evdəki atmosferə də müsbət təsir göstərəcək və ailədə ünsiyyətin artmasına gətirib çıxaracaq. Əgər uşaqlarınız varsa, onların da bu sevgidən öz paylarını alacaqlarını unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir