Aysu Eliyeva 1

Ailənin neçənci övladı olmağımız xarakterimizə təsir edirmi?

Baxış sayı: 1. 117

Hamımız doğular-doğulmaz hansısa ailənin içində dünyaya ilk addımlarımızı atırıq. Ailəmizi seçə bilmədiyimiz kimi bacı-qardaşımızı, neçənci uşaq olduğumuzu seçə bilmirik. Bəziləri evin tək uşağı , bəziləri ilk , ortancıl və sonuncu övladıdır. Bəs ailənin neçənci övladı olmağımız xarakterimizə təsir edirmi?

 

5 barmağın 5-i də bir deyil

Bununla bağlı araşdırmalar Alfred Adlerə məxsusdur. O müəyyən etmişdir ki, eyni ata-anadan doğulan , eyni ailədə böyüyən uşaqların xarakterləri bir-birindən fərqlənə bilər. Bioloji, sosial amillər , mühitin təsiri olduğu kimi Adlerin fikrincə , buna uşaqların doğulduğu sıra da təsir edir.

İlk övlad – ailədə heçbir qardaş, bacı olmadığı zamanda doğulduğu üçün ailənin maddi, mənəvi bütün imkanlarına sahib olur. Qayğı, diqqət, sevgi, maddiyyat sadəcə ona sərf edilir. Və nəinki ailənin , hətta nənə-babanın da diqqət mərkəzində olur. Ən yeni geyim, ən yeni əşyalar onun üçün alınır. Valideynlərin ilk ovladi olduğu üçün həyəcanlı, sevincli bir o qədər təlaşlı olurlar. Valideynlərin gərginliyi uşağa da sirayət edir. İkinci övladın doğulması ilə ilk övlad sanki taxtından endirilir. Valideynlər ilk övladlarını mükəmməl yetişdirməyə meyillidirlər. Bacı-qardaşları doğulanda anaya uşağın baxımında kömək etdiyi üçün ana məsuliyyəti ona da ötürmüş olur. Beləliklə, ilk övladlar uşaqlıqlarını yaşaya bilmirlər. Vaxtından qabaq böyüməyə, ananın təlimatlarını yerinə yetirməyə , ikinci uşağın baxımını üstlənməyə məhkum buraxılırlar. Bu səbəbdən daha yetişkin xarakterli, liderliyə meyilli, problemlərini tək həll etməyi bacara bilən uşaqlar olur.

Ortancıl uşaq – bu uşaq doğularkən ata və anasını digər övlad ilə paylaşdığının fərqindədir. Əsasən böyük bacı- qardaşı ilə rəqabət içərisində olurlar. Bu səbəbdən məqsədli, prinsipli olurlar. Böyük övladın liderliyi ilə balaca övladın təzyiqi altında qaldığından özünə məzlum olaraq yanaşır və acıyır. Beləliklə, o özünü ailədən xaric edilmiş, aldatılmış, unutulmuş kimi hiss edə bilərlər. Vicdanlı , mərhəmətli və ədalətli uşaqlar olur.

Balaca uşaq – ailənin heç böyüməyən, taxtından heç enməyən uşağıdır. Balaca olması səbəbilə bütün ailənin diqqət mərkəzindədir. Valideynləri tərəfindən Şah və Şahzadə kimi münasibət görürlər. Sonuncu övlad şəxsiyyətlərarası münasibətlərdə daha ünsiyyətcil, sosial olurlar. Ailənin ən əyləncəli uşağı olmaqla bərabər, asılılıq xüsusiyyətləri görülür.

Tək uşaq – ən çox əzizlənən, bütün qayğı və sevgi bölünmədən artığı ilə verilən uşaqdır. Ailədə bənzərsiz mövqeyi var. Özünə rəqib olacaq bir qardaş-bacısı yoxdur. Ana və atanın uşağı əzizləyərək böyüdən, qadağalar qoymayan bir yanaşma tərzi ola bilər. Paylaşmaq, birgə işlərdə iştirak etmək kimi yönlərdə zəif ola bilər. Qısqanc, paxıl və ya asılı bir şəxsiyyətə sahib ola bilərlər. Böyüklərlə ünsiyyətə girmə və yaradıcılıq yönü inkişaf etmişdir.

Əziz valideynlər, uşaqlarınıza fərq qoymaqla, müqayisə etməməklə, hər birinə fərdi olaraq yanaşaraq bacı-qardaş münasibətlərini də daha sağlam hala gətirə bilərsiniz.

 

Psixoloq Aysu Əliyeva

 




6 şərh “Ailənin neçənci övladı olmağımız xarakterimizə təsir edirmi?

    1. Zehra

      Hər bir ailədə tez-tez rast gəlinən bir mövzudur.Bilgiləndirdiyiniz üçün təşəkkürlər Aysu xanım

      Cavabla
  1. İlhamə

    Biz valideynlər üçün maarifləndirici yazılar paylaşdığınız üçün öz adıma təşəkkür edirəm sizə. Uğurlarınız daimi olsun💞

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir