Zumrud Haqverdiyeva

Ailənin təməli nədir? – “SEANS VAXTI”

Baxış sayı: 297

Ailənin təməli cütlüklərdir. Cütlüklər sağlam münasibət qurmazsa, sağlam valideyn tipi olmaz. Ailəyə sonradan gələn uşaq üçün, ata-anasının bir-biri ilə münasibəti önəmlidir. Uşaqda önəmli ehtiyaclardan biri də “Mən güvəndəyəmmi” duyğusudur. Sağlam olmayan ailədə göz açan uşaq, özünü güvəndə hiss etməz, daima narahatlıq keçirər. Bir-birilərini olduğu kimi qəbul etməyən cütlüklər, övladlarını da olduğu kimi qəbul etməyəcəkdirlər. Bir-biri ilə problem də daim uşağı hər biri öz tərəfinə çəkməyə çalışacaqdır. Belə mühitdə böyüyən uşaq cismən böyüsə də, ruhu kiçilir.

Yaxşı valideyn o kəsdir ki, münasibət də özü kimi davranır və yaxşı partnyor olur. Yaxşı valideyn daim özünü fədakar edən də deyildir.

Valideyn

Sağlam ailənizin olmasını istəyirsinizsə, uşaq dünyaya gətirmək qərarını birlikdə alın. Çünki bu, tək tərəfli qərar verə biləcək mövzu deyildir. Övlad yetişdirmək, tək tərəfli deyildir. Bir birlik işidir. Nəzərə almalıyıq ki, həm də ailədən kənar da ikinci dərəcəli şəxslər də vardır ki, uşağın onlara da ehtiyacı vardır. Onlarla da münasibətinizə diqqət edin. Sizlər bir-birinizlə nə qədər uyğun olarsınızsa, övladınızı böyütmək daha asan olacaqdır.

Bir sözlə, ailə qurmaq və uşaq dünyaya gətirmək planlarını öncədən müzakirə edin. Ciddiyə alınmayan kiçik məqamlar, sonradan böyük problemlərə yol aça bilər.

 

Psixoloq Zümrüd Haqverdiyeva

Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir