sosial sebekeler

Ailəsində problem yaranan qadınlar niyə dərhal sosial şəbəkədə fəallaşır?

Baxış sayı: 305

Son illərdə ölkəmizdə boşanmaların sayının kəskin şəkildə artması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Hətta bir müddət öncə sözügedən problemin aradan qaldırılması, boşanmaların sayının minimuma endirilməsi məsələsi Milli Məclis də də müzakirə olunmuşdu. Deputatlar bu məsələdə mətbuatı qınayıb, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını bildirmişdilər.

İddialara görə, boşanmalar barədə xəbərləri mətbuatda yaymaq insanların psixikasına mənfi təsir edir. Yəni ayrılıq xəbəri özü növbəti boşanmaya yol açır. Bu tendensiyanın isə artıq medianın reytinq qazanmaq məqsədinə xidmət etdiyi vurğulanır. Üstəlik, hadisələrin, sadəcə, görünən üzü xəbər obyekti olur, ancaq onun başvermə səbəbləri fonunda cəmiyyətə heç bir maarifləndirici mesaj ötürülmür.

Image result for lalə mehralı

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq-jurnalist Lalə Mehralı deputatların yerdən göyə qədər haqlı olduqlarını deyir. O hesab edir ki, boşanmaların artmasında xüsusilə də televiziyaların rolu böyükdür:

“Siz diqqət etsəniz görərsiniz ki, karyera, qadın, cəmiyyət mövzulu proqramlara dəvət edilən qonaq qadınların əksəriyyəti boşanmış qadınlardır. Onların karyerasını, uğurunu efirdə təbliğ edir, boşanmasını xüsusilə qabardırlar. Elə mənzərə yaranır ki, qadın boşanan kimi karyerasında qəfil yüksəliş baş verir. Ailəli olmağı karyera önündə maneə kimi təqdim edirlər. Yaxşı ailəsi olan, amma işləmək üçün uyğun vəziyyətdə olmayan qadınlar üçün bu verilişlər heç bilirsiz nə deməkdir? Bombanı atıb qaçmaq. Nə vaxt partlayar, partlayar. Ağıllı qadın üçün əhəmiyyətsiz olsa da, bu kimi təbliğatlara uyan çox qadın olur.

Və yaxud, impotensiyası sual altında olan birini çıxarıb Azərbaycan kişisinin mərdliyindən, xarakterindən tamaşaçıya dərs verdirirlər. İnternetdə boy-boy, səhifə-səhifə çılpaq-lüt şəkilləri olanlar, münasibətdə olduğu kişilərin sayını itirdiyini etiraf edənlər efirdə əsl Azərbaycan xanımının necə olması barədə əxlaq dərsi keçir.

Bütün bunların nəticəsidir ki, cəmiyyət böhran keçirir, ailələr sınaqdan ya çıxır, ya da çıxmır. Hadi Rəcəbli də, Siyavuş Novruzov da haqlıdır, həm televiziyalar, həm də sosial şəbəkələr ailələrin dağılmasında xüsusi canfəşanlıq edir. Əvvəl ərindən küsən dədəsi evinə gedirdi, indi özünə sosial şəbəkədə səhifə açır. Sosiallaşmaq gözəl şeydir, amma etiraf edək ki, virtual sosiallaşma bir çox ailələrin dağılma səbəbinə də çevrilə bilir”.

 

Şəymən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir