ULVIYYE EFENDIYEVA

Ailədə valideyn-övlad münasibəti necə olmalıdır? – PSİXOPEDAQOQ YAZIR

Baxış sayı: 545

Ailə müqəddəs birgəlikdir. Övlad isə bu birgəliyin sütunu, davamıdır. Övlad yalnız bir -birinə qarşı dəyər verən, mehriban, səmimi, xoş davranan, valideynlərin  əhatəsində xoşbəxt böyüyə bilər. Ailədə olan narazlıqlar övladın həm psixologiyasına, həm davranışlarına, həm də inkişafına mənfi təsir göstərir.

valideyn

Övlada qarşı valideynlərin necə münasibət nümayiş etdirməsi çox mühümdür. Belə ki, bəzi ailələrdə əfsus ki, bütün yük ananın üzərinə yüklənir. Ataların funksiyası yalnız qazanc üçün çaba göstərməsidir kimi düşünülür. Bu doğru deyil. Övlad hər iki valideynin dostluğuna ehtiyac duyur. Anasından nəvaziş, qayğı, atasından güvən görərək böyüyən bütün övladlar ilk öncə özlərini dəyərli hiss edirlər.

Ata və ana övladları ilə ilk öncə dost olmağı bacarmalıdırlar. Onları dinləməyə, anlamağa çalışmalıdırlar. Hətta yanlışlarında belə onun yanında olduqlarını izah etməlidirlər. Valideynlər övladlarına səhvlərinin, yanlışlarının doğru şəkildə həll yollarını izah etməlidirlər.

Həm ata, həm də ana hansı işlə məşğul olmaqlarından asılı olmayaraq, birlikdə zaman keçirməlidirlər. Körpəlikdə birlikdə oyunlar oynamalı, gözəl zaman keçirməlidirlər. Yalnız bu halda uşaqlar həm özlərinə, həm valideynlərinə güvənərək böyüyər.

valideyn

Övladlarına körpəlikdən seçim haqqı verilməlidir. Əks halda, uşaqlar böyüdükcə sərbəst qərar verməkdə çətinlik çəkirlər. Həyatda etdikləri səhvlər onları depressiyaya, özünə qapanmağa aparır. Doğruları yalnız səhvlərdən nəticə çıxararaq öyrənmək olur. Hər zaman valideyn övladının sevdiklərinə, seçdiklərinə sayğı ilə yanaşmalıdır. Hər zaman onlara dəstək olmağa çalışmalıdır.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir