ana-ata-uşaq

Ailədəki problemlər uşaqlarda xəstəlik yaradır – VALİDEYNLƏR OXUSUN

Baxış sayı: 1. 975

Əgər uşaq tez-tez valideynlərin qalmaqallarının şahidi olursa, onda yeniyetmə yaşlarında depressiyanın inkişaf edəcəyi ehtimalı yüksəkdir. Bunu Kembric Universitetinin professor Yan Qudayeranın rəhbərliyi altında çalışan əməkdaşları müəyyən ediblər. Bu barədə Rusiya KİV-i “Daily Mail”-ə istinadən xəbər verir.

Alimlərin fikrincə, depressiyanın inkişaf etməsi üçün təkcə mübahisələrin daimi iştirakçısı olmaq kifayət deyil. Əgər uşaqda emosiyaları qavramaqla bağlı olan genin versiyası varsa, onda problemlərin meydana çıxması mümkündür. Yəni bəzi uşaqlar emosiyalarla bağlı informasiyanı “həzm edə” bilmirlər. Nəticə isə psixi sapmalardır. “Emosional elastikliyi” aradan qaldıran həmin geni hər beş nəfərdən birində tapmaq mümkündür. Belə nəticələr 15-18 yaşında 238 yeniyetmə üzərində müşahidədən sonra əldə olunub. Alimlər hesab edirlər ki, buna görə də bəzən ailənin nəyin bahasına olursa olsun saxlanılması heç də ən yaxşı variant deyil.

Müşahidələr göstərib ki, əgər yeniyetmə emosiyaların öhdəsindən pis gəlirsə, il ərzində onda depressiyanın inkişafı riski dörd dəfə artır. Həm də risk qrupundan yeniyetmələr bir qayda olaraq 6 yaşa qədər ailə mübahizələri ilə (mübahisələr bir il yarımdan çox davam edib) rastlaşıblar.

Qeyd edək ki, hər üç uşaqdan biri belə rejimdə yaşayır. Psixoloqların fikrincə, əldə olunan nəticələrə əsaslanaraq müzakirə üçün istənilən yaşı, həyəcanlılıq və başqa sapmaları götürüb hər dörd nəfərdən birinə diaqnoz qoymaq mümkün olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir