Ulviyye Efendiyeva

Alaliya nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 569

Alaliya- ən ağır nitq deffektlərindən biri olub, “nitqi inkar edirəm” deməkdir. Alalliya bir çox səbəblərdən yaranır:

Beyin iltihabı, travmatik zədə alması, ağır və sürətli doğuş nəticəsində beyinə qansızma, dölün bətndaxili inkişaf dövründə maddələr mübadiləsinin pozulması, ağır raxitlik keçirmiş uşaqlarda tənəffüs sisteminin  mürəkkəb xəstəliyi, həyatının ilk erkən aylarında yuxu  və qida pozuntusu(yuxu və qidadan imtina etmək)

Baş beyin böyükyarımkürələrinin zədələnməsinin lokallığından asılı olaraq, alaliyanın 2 növü var:

danismaq

Motor sensor

Motor alaliya- nitqin ekspressiv tərəfinin pozuntusudur, yəni beynin Broka mərkəzinin zədələnməsindən yaranır. Uşaq başa düşür, amma danışa bilmir.

Sensor alaliya- nitqin impressiv tərəfinin pozuntusudur, baş beyin solyarımküresinin gicgah nahiyyəsinin zədələnməsilə bağlıdır, yəni Vernika mərkəzi ilə. Bu zaman uşaq nitqi ya tam başa düşmür, y a da məhdud başa düşür, söhbət nədən gedir anlamır.

Alaliyalı uşaqlarla loqopedik işi 4-5 yaşdan başlamaq lazımdır. Kiçik yaşlardan başlamaq məqsədə uyğun deyil. Əsas məqsəd uşağın təfəkkürünün və intellektinin ümumi inkişafıdır. Alalik uşağın nitqi çox gec inkişaf edir.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir