imtahan

Ali məktəbə imtahansız qəbul nə vəd edir?

Baxış sayı: 1. 646

“Təh­sil haq­qın­da” qa­nu­na də­yi­şik­lik­lər edi­lə­cək. Diq­qət­çə­kən də­yi­şik­lik­lər­dən bi­ri ali təh­sil mü­əs­si­sə­lə­ri­nin abi­tu­ri­yent­lə­rin qə­bul pro­se­sin­də bir­ba­şa iş­ti­rak et­mə­si ilə bağ­lı­dır. Be­lə ki, Döv­lət İm­ta­han Mər­kə­zi­nin (DİM) təş­kil et­di­yi qə­bul im­ta­han­la­rın­dan uğur­suz nə­ti­cə əl­də edən­lər uni­ver­si­tet­lə­rin nəz­din­də fəa­liy­yət gös­tə­rə­cək kurs­la­ra ya­zı­la­raq uni­ver­si­tet da­xi­li im­ta­han­lar­la hə­min uni­ver­si­tet­lə­rə qə­bul olu­na­caq­lar.

Qeyd edək ki, də­yi­şik­lik Mil­li Məc­li­sin iyu­nun 13-də ke­çi­ri­lə­cək növ­bə­dən­kə­nar ic­la­sın­da mü­za­ki­rə­yə çı­xa­rı­la­caq.

Mil­li Məc­li­sin Elm və təh­sil ko­mi­tə­si­nin üz­vü Asim Mol­la­za­də bil­di­rib ki, də­yi­şik­li­yə gö­rə, uni­ver­si­tet­lə­rin nəz­din­də mü­va­fiq ha­zır­lıq kurs­la­rı ya­ra­dı­lır və bu ha­zır­lıq kurs­la­rı va­si­tə­si­lə ba­ka­lavr pil­lə­si­nə im­ta­han ver­mə­dən qə­bul hə­ya­ta ke­çi­ri­lə­cək. A.Mol­la­za­də kurs­la­rın ödə­niş­li nə­zər­də tu­tul­du­ğu­nu de­yib.

De­pu­tat də­yi­şik­li­yin əle­yi­nə ol­du­ğu­nu vur­ğu­la­yıb: “Bu də­yi­şik­lik im­ta­han­dan uğur­suz nə­ti­cə əl­də edən in­san­lar üçün uni­ver­si­tet­lə­rə qə­bul ol­maq im­ka­nı ya­ra­dır. Mə­nə elə gə­lir ki, bu də­yi­şik­lik ali mək­təb­lə­rin təh­sil sə­viy­yə­si­ni aşa­ğı­ya en­di­rir. Ona gö­rə də bu də­yi­şik­li­yin əley­hi­nə­yəm”.

Təh­sil sa­hə­si üz­rə eks­pert Şah­lar Əs­gə­ro­vun bil­dir­di­yi­nə gö­rə, ötən ilin 60-cı il­lər­də uni­ver­si­tet nəz­din­də be­lə ha­zır­lıq fa­kül­tə­lə­ri fəa­liy­yət gös­tə­rir­di: “Fəh­lə və kənd­li gənc­lər ali mək­tə­bə da­xil ol­ma­yan­da, ey­ni za­man­da, sov­xoz­la­rın, za­vod­la­rın gön­də­ri­şi əsa­sın­da uni­ver­si­tet­lər­də ha­zır­lıq kurs­la­rın­da oxu­yur­du­lar. Ha­zır­lıq kur­sun­da oxu­yan hə­min gənc­lər son­ra im­ta­han ve­rib ins­ti­tut­la­ra qə­bul olur­du­lar. Rus­la­rın gö­zəl bir sö­zü var: “Yax­şı yad­dan çıx­mış, ən yax­şı ye­ni­lik­dir”. İn­di uni­ver­si­tet­da­xi­li ha­zır­lıq kurs­la­rı yax­şı yad­dan çıx­mış təc­rü­bə­dir və bu­nu ye­ni­lik ki­mi qə­bul et­sək, fay­da­sı ola­caq” de­yən Əs­gə­rov gənc­lə­rin ha­zır­lıq kurs­la­rı­na cəlb olun­ma­sı və son­ra da­xi­li im­ta­han­lar­la uni­ver­si­tet­lə­rə qə­bul ol­ma­sı­nı müs­bət hal ki­mi də­yər­lən­di­rir. Mü­sa­hi­bi­miz he­sab edir ki, bu­nun nə­ti­cə­sin­də ali mək­tə­bə da­xil ol­maq is­tə­yən gənc­lə­rin bir his­sə­si də ar­ta­caq. “Əgər 10 il bun­dan əv­vəl ali mək­təb­lə­rə 24 min nə­fər qə­bul olur­du­sa, in­di bu rə­qəm 40 mi­nə ça­tıb, bu də­yi­şik­lik əsa­sın­da isə bir qə­dər də ar­ta­caq”.
“Təh­sil haq­qın­da” qa­nun­da nə­zər­də tu­tu­lan də­yi­şik­li­yi əhə­miy­yət­li sa­yan Ş.Əs­gə­ro­va gö­rə, bu­nun zə­rər­li bir tə­rə­fi yox­dur. De­di­yi­nə gö­rə, am­ma bu­nun tət­bi­qi üçün la­zı­mi inf­rast­ruk­tur ol­ma­lı­dır. “Ən azı au­di­to­ri­ya, mü­əl­lim­lər, me­to­dik və­sa­it­lər, proq­ram­lar la­zım­dır, bö­yük iş­lər gö­rül­mə­li­dir. Hər hal­da, təh­sil üçün gö­rü­lən iş al­qış­lan­ma­lı­dır”.
Ş.Əs­gə­rov qeyd edib ki, uni­ver­si­tet­da­xi­li im­ta­han­la qə­bul gənc­lə­rin təh­sil da­lın­ca xa­ri­cə axı­nı­nın qar­şı­sı­nı tam al­ma­sa da, mü­əy­yən qə­dər ala bi­lər: “Gənc­lər təh­sil al­maq üçün xa­ri­cə ona gö­rə üz tut­mur­lar ki, ora xa­ric­dir. Xa­ri­cə axın ona gö­rə var ki, ora­da təh­si­lin key­fiy­yə­ti yük­sək­dir. Uni­ver­si­tet da­xi­li kurs­lar sa­yə­sin­də xa­ri­cə get­mə­yin qar­şı­sı­nın alın­ma­sı dü­şü­nü­lür­sə, bi­rin­ci­si, təh­si­lin key­fiy­yə­ti qal­dı­rıl­ma­lı­dır”.

Eks­per­tin de­di­yi­nə gö­rə, Gür­cüs­tan­da, Uk­ray­na­da, Tür­ki­yə­də ək­sər uni­ver­si­tet­lər im­ta­han­sız ali mək­təb­lə­rə qə­bul elan edir. “Gənc­lə­rin təh­sil da­lın­ca xa­ri­cə axı­nın bir kö­kü də bu­dur. Am­ma bu, key­fiy­yət­siz ali təh­sil al­maq­dır. Key­fiy­yət­li ali təh­sil al­maq üçün qərb öl­kə­lə­ri­nə ge­dir­lər. Key­fiy­yət uğ­run­da ge­dən­lər ye­nə ge­də­cək­lər. Bu­nun qar­şı­sı­nı al­maq üçün Azər­bay­can­da gənc­lə­rin key­fiy­yət­li təh­sil ala bil­mə­si­ni tə­min et­mək la­zım­dır. Bir çox uni­ver­si­tet­lə­ri­miz ar­tıq bu iş­də ki­fa­yət qə­dər uğur­lu ad­dım­lar atıb. Yer­də qa­lan uni­ver­si­tet­lər də bu ad­dı­mı at­sa­lar, key­fiy­yət­li təh­sil üçün xa­ri­cə axı­nın da qar­şı­sı­nı ki­fa­yət qə­dər al­maq olar”.

“Or­ta mək­təb­lə­rin nəz­din­də mək­tə­bə­qə­dər ha­zır­lıq kurs­la­rı fəa­liy­yət gös­tə­rir­sə, ni­yə uni­ver­si­tet­lər­də ali təh­sil mü­əs­si­sə­lə­ri­nə ha­zır­lıq kurs­la­rı fəa­liy­yət gös­tər­mə­sin?” Bu sua­lı isə təh­sil sa­hə­si üz­rə eks­pert Na­dir İs­ra­fi­lov ve­rir. Onun söz­lə­ri­nə gö­rə, on­suz da ək­sər va­li­deyn­lər ali mək­təb­lə­rə ha­zır­lıq məq­sə­di­lə müx­tə­lif kurs­la­ra, re­pe­ti­tor xid­mət­lə­ri­nə mü­ra­ci­ət edir. “Bi­la­va­si­tə uni­ver­si­te­tin nəz­din­də ha­zır­lıq kurs­la­rı­nın təş­kil olun­ma­sı ən op­ti­mal va­ri­ant­dır. Bu­nun bir müs­bət tə­rə­fi on­dan iba­rət ola­caq ki, mə­zun vax­tın­dan sə­mə­rə­li is­ti­fa­də edə­cək. Ali mək­tə­bə qə­bul ol­ma­dıq­da, uni­ver­si­tet da­xi­lin­də kur­sa ge­də­rək həm də özü­nə məş­ğu­liy­yət ta­pa­caq. İkin­ci­si, əv­vəl­cə­dən uni­ver­si­tet mü­hi­ti­nə alı­şa­caq. Üçün­cü­sü, uni­ver­si­te­tin mad­di mə­sə­lə­lə­ri həll olu­na­caq. Bu kurs­lar ödə­niş­li­dir. Təh­si­lin əl­ça­tan ol­ma­sı­nı ar­zu­la­yı­rıq­sa, o ödə­niş­lə­rin də əl­ça­tan ol­ma­sı­nı tə­min et­mə­li­yik”.

Onun söz­lə­ri­nə gö­rə, uni­ver­si­tet nəz­din­də ha­zır­lıq kurs­la­rı təş­kil olun­sa, bur­da hər­bi ça­ğı­rış mə­sə­lə­si­nin ne­cə ola­ca­ğı mə­sə­lə­si or­ta­ya çı­xır. “Or­ta mək­tə­bi bi­tir­dik­dən son­ra mə­zun­lar hər­bi xid­mə­tə cəlb olu­nur. Yaş həd­lə­ri ça­tan­lar­dan kim­sə ge­dib ha­zır­lıq kur­su­na gö­rə ödə­niş edib­sə, onun hər­bi xid­mət mə­sə­lə­si ne­cə həll olu­na­caq? Ba­ka­lavr­la­ra ve­ri­lən hər­bi xid­mət­dən möh­lət hü­qu­qu ha­zır­lıq kurs­la­rı­na ya­zı­lan­la­ra da ve­ri­lə­cək­mi?”

Kurs­la­rı bi­ti­rən­lə­rin bir­ba­şa im­ta­han­sız qə­bul olun­ma­sı­na gə­lin­cə, İs­ra­fi­lov bil­di­rib ki, kurs­da oxu­yan­la­rın ha­mı­sı­nın uni­ver­si­te­tə qə­bul olun­ma­sı yax­şı qar­şı­lan­maz: “İm­ta­han­sız ali təh­sil mü­əs­si­sə­lə­ri­nə qə­bul müs­bət nə­ti­cə ve­rə bil­məz”.

Uni­ver­si­tet­da­xi­li qə­bul im­ta­han­la­rı­nın ke­çi­ril­mə­si qay­da­la­rı­nın va­cib­li­yi­ni vur­ğu­la­yan həm­söh­bə­ti­miz de­yib ki, im­ta­han­la­rın test və ya şi­fa­hi, ya­zı­lı for­ma­da ol­ma­sı də­qiq­ləş­di­ril­mə­li­dir: “Test mə­sə­lə­si ən ge­niş mü­za­ki­rə olu­nan mə­sə­lə­dir. Test­lə­rə bir­mə­na­lı ya­naş­ma da yox­dur. Test mən­ti­qi tə­fək­kü­rün in­ki­şa­fı­na xid­mət edir. Am­ma bir tə­rəf­dən də ya­zı­lı və şi­fa­hi im­ta­han­dan im­ti­na et­mə­yi­miz tə­lə­bə­lə­rin ya­zı vər­diş­lə­rin­dən, nitq qa­bi­liy­yə­tin­dən, mə­də­niy­yə­tin­dən məh­rum olun­ma­sı­na gə­ti­rib çı­xa­rıb. La­kin bu­nun­la bağ­lı mək­təb­lər­də mü­əy­yən qə­dər iş ge­dir. Or­ta mək­təb­lər­də ya­zı qa­bi­liy­yə­ti­nin in­ki­şaf et­di­ril­mə­si üçün es­se im­ta­han­la­rı da­xil olu­nub. Ali mək­təb­lər­də test­lə ya­na­şı ya­zı­lı və şi­fa­hi im­ta­han­lar da ke­çi­ri­lir. Ödə­niş­li kurs­la­rın açıl­ma­sı­nı al­qış­la­yı­ram, am­ma bu­nun iş­lək me­xa­nizm­lə­ri ol­ma­dan ef­fek­tin­dən da­nış­maq ol­maz. Uni­ver­si­tet da­xi­li qə­bul im­ta­ha­nı hə­ya­ta ke­çi­ri­lər­sə, bu­nun bü­tün de­tal­la­rı nə­zə­rə alı­na­raq op­ti­mal mo­del qə­bul olun­ma­lı­dır”.

 

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir