272394_800

Alim Qasımovun xanımı: “Onunla qaçmağa qərar verdim”

Baxış sayı: 2. 015

“Mən sinfin əlaçısı idim və həmişə ən yaxşı olmağa, irəli getməyə çalışırdım. Alim isə dərslərdən geri qalırdı, pis oxuyurdu, kasıb ailədən, arıq və zəif oğlan idi. Ancaq Alimi hamı sevirdi. O həmişə nəsə oxuyurdu. Məktəbi bitirdikdən sonra o, hərbi xidmətə getdi, mən isə instituta hazırlaşmağa başladım”. 

Bu sözləri day.az saytına müsahibəsində Alim Qasımovun həyat yoldaşı Tamella Qasımova deyib.

Səni qaçıracaqlar!

Yuxuda gördüm ki, anam mənə yeni ayaqqabı alıb. Həmin ayaqqabıda gəzirəm, ancaq ayağımı ovuram. Anamdan xahiş edirəm ki, icazə versin. Anam da deyir ki, ayaqqablar mənə çox yaraşır. Bununla gəzməyə öyrəşəcəyimi bildirir. Anamın xatirinə davam elədim və hər addımda daha da rahat olduğunu hiss elədim. Səhəri gün yuxumu rəfiqəmə danışdım və yozmağı xahiş elədim. Onun isə cavabı belə oldu: “Səni qaçıracaqlar”. Mən anlamadım və o izah elədi: “Səni gəlin kimi bir evə aparacaqlar”. Bu sözlərə güldüm və axmaq bir şey olduğunu dedim. Həmin axşam tez yatdım. Anam məni oyatdı ki, bacımgildən ip gətirim. Anama dedim ki, sabaha saxlasın, ancaq yenə də cavab verdi: “Dur, get, onlar mənə indi lazımdır”. Evdən çıxanda axşam saat 10 idi. Darvazadan çölə çıxanda qarşıma Alim çıxdı. Onunla uzun-uzadı danışdıq, mən anlayırdım ki, bütün bunlar nəyə gətirib çıxaracaq, ancaq cavab verirdim ki, mümkün deyil. Evimizə qayıdanda qardaşım mənə dedi ki, oğlanla danışdığıma görə anam məni öldürəcək. Anamdan çox qorxurdum və bilirdim ki, belə deyirsə, eləyəcək. Ona görə də Alimlə qaçmağa qərar verdim. Bu hadisə avqustun 1-də baş vermişdi. Həmin gündən həyatımızda yeni səhifə başladı.

Anam bütün kəndi ayağa qaldırmışdı

“Alimin cibində bir qəpik də pul yox idi. Həm də məni aparmaq üçün nəqliyyat da yox idi. Biz bir neçə qonşudan xahiş etdik, lakin anamın qəzəbindən qorxaraq imtina elədilər. Anam həmin vaxta qədər bütün kəndi ayağa qaldırmışdı. O məni qohumlarının evinə apardı, oradan da Şamaxıya getdik. İki həftə orada qaldıqdan sonra buraya köçdük. Hələ də bu evdə yaşayırıq”.

tamilla




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir