sonsuzluq

Alimlərdən xəbərdarlıq: COVID-19 sonsuzluğa səbəb ola bilər

Baxış sayı: 1. 292

Koronavirus pandemiyası qadınlarda sonsuzluq riski yaradır. Bu barədə Çzinin Tibb Universitetinin (Jining Medical University) Fiziologiya Departamentinin alimləri məlumat yayıb. Həkimlər COVID-19 infeksiyasının qadınların reproduktiv sağlamlığına təsir göstərə biləcəyi qənaətinə gəliblər. Alimlər qeyd edir ki, virus patogen zülalın çox olduğu sidik ifrazatı və tənasül üzvləri orqanlarına nüfuz edir, bu vasitə ilə orqanizmə daxil olur. İnfeksiya yumurtalıqları yoluxduraraq, uşaqlıq yolunu və cifti zədələyir. Sonradan bu, sonsuzluğa gətirib çıxara bilər. Elm adamları menstruasiya dövrünün pozulması, hamilə qadınlarda tənəffüs çətinliyinin müşahidə olunması və digər patologiyalar barədə də xəbərdarlıq edirlər.

Xatırladaq ki, Çində bir neçə ay əvvəl koronavirusdan sağalmış kişilərə sonsuzluq testindən keçmək tövsiyə olunurdu. Lakin sonra bu çağırış hökumət saytından çıxarılmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir