pendir

Alimlərdən XƏBƏRDARLIQ: pendir və ət təhlükəlidir

Baxış sayı: 743

İmmun toxunulmazlığını qorumaq üçün daha az pendir və ət yemək daha yaxşıdır. “Gencaile.az” xarici mediaya istinadla bildirir ki, ekspertlər bu nəticəyə gəliblər.
Elmi tədqiqata əsaslanan mütəxəssislər qeyd edirlər ki, bir çox pendir növünün tərkibində listeria bakteriyası var və bu immun sisteminin ciddi zəifləməsinə təsir göstərmək gücündədir.
Ət və heyvan yağlarında isə insan hüceyrələrində mutasiyaya səbəb olan və onları məhv edən sərbəst radikallar var.
Ekspertlər eyni zamanda spirtli içkidən imtinanı da tövsiyə edir. Onların fikrincə, insan orqanizmindən bütün qida maddələrini və ağ qan hüceyrələrini çıxarır, immunitet sistemini ciddi şəkildə zəiflədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir