alma

Alma kimlər üçün zərərlidir? -MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 557

Alma çox faydalıdır. Bunu demək olar ki, hamı bilir. Hətta bəlkə də meyvələrin ən faydalısı məhz almadır. Ancaq bir məsələ də var ki, sözügedən meyvə heç də hamı üçün eyni dərəcədə xeyirli deyil.

Mövzuya münasibət bildirən pediatr, ailə həkimi, Kliniki dietoloq, Misir və Rusiya Dietoloqlar Assosiasiyasının üzvü Rəna Bayramova aşağıdakıları dedi: “Şəkərli diabet, pankreatit xəstələrinə alma məsləhət deyil. Onda fruktoza çoxdur. Fruktoza qaraciyərin də düşmənidir. Həddən artıq çox alma yemək metobolik prosesləri pozur. Azyaşlı uşaqlara da alma püresi çox verməyin. Qanda şəkər norması aşılır.”

rena bayramova

Mütəxəssis həmçinin qeyd etdi ki, ÜST məlumatlarına görə, insan sutkada 200-300 qram meyvə yeməlidir. Fərqi yoxdur, alma, armud və ya başqası. Ən yaxşısı günə bir alma yeməlkdir.Almanın ən faydalı hissəsi mərkəzdəki çətirdək olan yerdir. Onu kəsib atmayın. Turş almada olan orqanik turşular isə mədə bağırsağı aşılayır. Aktiv qastriti olanlara alma birbaşa olmaz. Onu başqa qidaya qatıb yeyin. Acqarına da alma və şirəsi qəti olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir