alma sirkesi

Alma sirkəsinin bu faydalarını bilirsinizmi?

Baxış sayı: 998

Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır. Bunu elm də sübut edib. “Gencaile.az” saytı xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ-ın Arizona Universitetinin alimləri aşkar ediblər ki, alma sirkəsi həqiqətən piy hüceyrələrinə təsir edir, onların parçalanmasını sürətləndirir, iştahanı azaldır. Bu səbəbdən qidalanmaya az miqdarda alma sirkəsini əlavə etməklə daha tez və asan arıqlamaq mümkündür.

alma sirkəsi üçün şəkil nəticəsi
Bundan əlavə, alma sirkəsi qanda xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir və möhkəmləndirir. Bu isə ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Alma sirkəsi qanda şəkərin də səviyyəsini tənzimləməyə də kömək edir.

Mütəxəssislər arıqlamaq məqsədi ilə gündə 3 dəfə 1 desert qaşığı alma sirkəsi əlavə olunmuş 1 stəkan su qəbul etməyi tövsiyə edirlər.

Bu suyu yeməkdən 10-15 dəqiqə əvvəl içmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir