qida

Alma, xiyar, badımcan…..- İstifadə edərkən bu amili mütləq nəzərə alın!

Baxış sayı: 1. 273

Bəzi meyvələr var ki, onların qabıqları özlərindən daha faydalıdır. “Gencaile.az” saytı  həmin məhsulları təqdim edir:

 

Alma

Alma qabığı güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmin qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır, xərçəng əleyhinə təsir göstərir.

 

Xiyar

Kremniumla zəngin olan xiyar qabığı dəri üçün çox xeyirlidir, dərini cavanlaşdırır və möhkəmləndirir. Həmçinin xiyar qabıqları bağırsaqları çox yaxşı təmizləyir.

 

Badımcan

Badımcanın qabığı antioksidantlarla xüsusilə zəngindir. Antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində ziyanlı təsirlərdən qoruyur.

 

Kivi

Kivinin qabıqları güclü antioksidant, antikonserogen (xərçəngəleyhinə) təsirə malikdir, iltihabəleyhinə təsir göstərir, stafilokokk və bağırsaq çöpləri ilə mübarizə aparır. Kividən smuzi və ya şirə hazırladıqda qabıqlarını soymayın – meyvələri yaxşı yuyun və istifadə edin.

 

Portağal

Portağal qabıqları qiymətli müalicəvi məhsuldur. Həzm proseslərini yaxşılaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir