almali eriste

Almalı əriştə belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 164

Gencaile.az saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə almalı əriştənin hazırlanma qaydası haqda danışacağıq.

 

İnqrediyentlər

300 qram yumurtalı əriştə

3 ədəd kök

1 ədəd alma

3 ədəd yumurta

1 ç.q. limon şirəsi

2 x.q. şəkər tozu

1 çimdik darçın

1 ç.q. duz

 

Hazırlanma mərhələsi

Alma , kök təmizlənir, yuyulur və sürtgəcdən keçirilir. Üzərinə limon şirəsi gəzdirilir. Əriştəni duzlu qaynar suda 4 dəqiqə bişirmək lazımdır. Hazır olan əriştə süzgəcdən süzülür, üzərinə soyuq su gəzdirilir, suyunun süzülməyi üçün kənara qoyulur. Zəncəfilin kökü təmizlənir, doğranılır. Yumurtaya şəkər tozu ,duz ,darçın ,zəncəfili qatıb çalınır. Əridilmiş yağ da əlavə edilib, qarışdırılır. 5.Əriştəni, almanı ,kökü bir-birilə qarışdırıb yağlanmış qaba tökmək lazımdır. Yumurta üzərinə tökülür və 180 dərəcədə 30-35 dəqiqə bişirilir. Əriştəni, almanı ,kökü bir-birilə qarışdırıb yağlanmış qaba tökmək lazımdır. Yumurta üzərinə tökülür və 180 dərəcədə 30-35 dəqiqə bişirilir. İsti halda servis edilir.

 

Tehranə Əskərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir