Ambassador salati

Ambassador salatı necə hazırlanır?

Baxış sayı: 473

Tərkibi:

1 suda, yaxud sobada bişmiş çuğundur

2 qabıqlı bişirilmiş kartof

300 q şampinyon

1 baş soğan

Qoz

Kişmiş

Qara gavalı

Mayonez

Bitki yağı

Duz

 

Hazırlanması:

Çuğunduru və kartofu təmizləyib soyudun, sürtgəcin orta gözündən keçirin. Göbələkləri lay-lay, soğanı xırda doğrayın, bitki yağında birlikdə qovurun. Salat üçün qab götürün, salatı lay-lay düzün: Çuğundur + kartof + soğanlı şampinyon qovurması + çuğundur. Üzərinə bol mayonez çəkib, qoz, kişmiş, doğranmış qara gavalı səpin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir