qadin qida

Amerikalı alimlər: Ananın düzgün qidalanması uşaqda ürək xəstəlikləri yaranması ehtimalını azaldır

Baxış sayı: 1. 746

Hamiləlik qadın həyatında mühüm və məsul mərhələdir. Yuta Universitetinin (ABŞ) mütəxəssisləri 19.000 min qadın arasında sorğu apararaq, onların hamiləlik dövründə qida rasionunu təhlil ediblər. Araşdırma nəticəsində məlum olub ki, hamiləlik dövründə düzgün qidalanan analar onların uşaqlarında ürək xəstəlikləri yaranması riskini azaldırlar.

“Zee News” nəşri yazır ki, araşdırmada iştirak edən qadınların yarısının uşaqları sağlam doğulub, qalan qadınların dünyaya gətirdiyi körpələrdə isə ürək-damar sisteminin müxtəlif anomaliyaları aşkar edilib. Amerikalı tədqiqatçılar bu qənaətə gəliblər ki, hamiləlik dövründə ananın düzgün qidalanması və qida rasionuna multivitaminlər əlavə edilməsi körpələrdə ürək anomaliyaları riskini əhəmiyyətli dərəcədə azaldır. Bununla bərabər, qidanın kalorililik dərəcəsini də unutmaq olmaz.

Alimlər qadınların bətnində uşaq olduğu dövrdə allergen məhsullardan imtina etmələrini məsləhət görürlər. Qida rasionu ananın tələbatı nəzərə alınmaqla tarazlaşdırılmalıdır




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir