usaq

Anaların ortaq dərdi: Uşaqlar altını niyə isladır?

Baxış sayı: 1. 358

Araşdırmalar hər 100 uşaqdan 15-nin 5 yaşına qədər altını islatdığı, ancaq 18 yaşına çatdqda bu nisbətin yüzdə 1 olduğu müəyyən olunub.

Mütəxəssislər 5 yaşına çatan bir uşağın ayda 2 dəfə, istəmədən və fərqinə varmadan, yuxuda olarkən altını islatmasının normal bir hal olmadığını və bunun enuresis (sidiyini saxlaya bilməmək) kimi problemə işarə olduğunu bildirib.

 

Yataq islatma böyük uşaqlarda sidik nəzarətiylə bağlı olan bəzi funksiyaların hələ də tam inkişaf etməməsi və böyüməməsiylə əlaqələndirilir.

 

Hansı problemlərə yol aça bilər?

Yataq islatma yaşla normasına düşən bir hal olsa da, ailənin və uşağın özünü çətin vəziyyətə salan, onda özünə güvənsizliyə səbəb olan bir haldır. Altını islatmaq kimi problemin öz-özünə həll olunub gedəcəyini gözləmək düzgün deyil.

Gecə altını islatma problemi inkişaf etməmiş sinir sistemiylə əlaqəli olur.

Yalnız ruhi deyil, fiziki səbəbləri də var. 5 yaşından sonra hələ də altını isladan uşaqlarda bu problem müalicə edilməzsə, onda ciddi psixoloji problemlərə yol aça bilər.

 

Uşaqlar niyə altını isladır?

Altını isladan uşaqların böyük əksəriyyətində gecə yatarkən sidik kisəsinin doluluğu və sidiyə getmək ehtiyacı hiss edilməz. Bu cür uşaqlar çox dərin və möhkəm yuxuya gedirlər, yuxudan oyana bilmir. Buna görə yuxuda sidiyinin gəldiyini görüb anidən yerini islada bilər.

Gecə sidiyin miqdarı çox olur. Uşaq yatmazdan əvvəl tualetə getsə də,  yatarkən sidik kisəsi tam boşalmır. Yuxuda sidiyə getmək ehtiyacı yaranır və yuxudan ayılmayan uşaq yerini isladır.

 

Gecə yerini isladan uşaqların bir çoxunda sidik kisəsinin fəaliyyətiylə bağlı problem olduğu müəyyənləşib. Sidiyə getmək hissi yaranmadığı halda, sidik kisəsinin az da olsa dolması, anidən ortaya çıxan sidiyə getmək hissi uşağın zamansız sidiyə getməsinə və altını islatmasına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir