sevgi

Anlamaq bir az da sevməməkdir… – ESSE

Baxış sayı: 1. 194

Adamlar var ki, itirməyi sevirlər. Yox, itirməyi yox, riskə getməyi deyək. Meydan oxumağı. Yüz faiz itirəcəklərini bilə-bilə başqalarına, taleyə və bəlkə də, özlərinə sübut eləməyi ki, başqa cür də ola bilər, başqa cür də mümkündür.

Biz necə də oxşayırıq, hə?..
Ayrı vaxt olsa, bu qənaətə sevinərdim. İndi yox. Heç cür alınmır. Əksinə, təəssüflənirəm. Adam bu qədər cığal, tərs, bu qədər asi olmamalıydı. İtirməkdən bir az da olsa qorxmalıydı. Səhv eləməyi və səhvlərini bu qədər sevməməliydi… 

Biz nə qədər fərqliyik — mən sirri sevmirəm. Çünki bilirəm, sirrin ömrü açılana qədərdir. Və ən pisi, mən onu mumkün qədər tez açmaq istəyirəm. O məni narahat edir. Kənar təsirlərlə narahat olmağı sevmirəm. Sirr açılanda isə adətən, adamlar məyus olurlar. Bəlkə, ona görə ki, qarşıdakı hədəf qeybə çəkilir, məqsəd ömrünü bizə bağışlayır. Bəlkə də, məsələ başqadır. Məsələn, məlum olur ki, kəşf elədiyin çox adi, sıradan, xırda, bəlkə də, mənasız həqiqətmiş və sən bu həqiqətin arxasınca düşmədən də yaşaya bilərdin. Zamandan daha çox gözləntilərinə heyfin gəlir. Sən nəsə irreal, sehirli, mürəkkəb bir şey gözləyirdin. Əvəzində isə…

«Adətən belə olur» deyib özümü sığortalamaq istəyirəm. İtirəcək heç nə olmayanda sığortalanmaq xoşuma gəlir. Risk ehtimalı olmayanda. Süni risk vəziyyəti yaradırsan. Bu da bir cür beyin qumarıdır.
Anlamağa çalışma. Bəzən anlamaq heç nəyə yaramır.

Təəssüf ki, başqa cür mümkün olmur. Anlamaq bir az da sevməməkdir. Biz anlamadığımız adamları daha rahatlıqla sevirik. Onlarda özümüzü görmürük deyə…

Rəbiqə Namiqqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir