derman

Antibiotiklərin məhv etmədiyi, əksinə, gücləndirdiyi VİRUSLAR

Baxış sayı: 1. 473
Türkiyə Səhiyyə Nazirliyi 2014-cü ildə antibiotik tərkibli dərmanların satışının yalnız reseptlə həyata keçirilməsi barədə qərar qəbul edib.  Məqsəd immuniteti məhv edən antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin qarşısını almaq olub. Qurum istəyinə qismən də olsa nail olub. Çünki dünyadakı səhiyyə təşkilatları, mütəxəssislər yerl-yersiz antibiotik müalicənin ölümcül fəsadları barədə illərdir ki, danışır.
Lakin Azərbaycanda antibiotik preparatlar hələ də açıq şəkildə həyata keçirilir. Sirr deyil ki, apteklərdən ən çox alınan dərman vasitələrinin arasında antibiotiklər üstünlük təşkil edir.
Türkiyəli həkimlər isə dünyada antibiotiklərdən istifadənin davam edəcəyi təqdirdə, nəticənin ürəkaçan olmayacağı barədə açıqlamalar verməyə başlayıb. Professor İsmail Balıq antibiotiklərin yeni virus yaratdığını bildirib:
“Bakteriyaların ələ keçirdiyi xəstələri müalicə etmək üçün əlimizdə güclü silah yoxdur. Biz bunlara “canavar bakteriyalar deyirik”. Məhv olmayan bəzi bakteriyalar yanlış antibiotik istifadə edildiyi zaman daha da güclənir”.
Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə isə, 2050-ci ildən sonraildə 10 milyon insan “canavar bakteriyalar”səbəbindən öləcək. Bu rəqəm ürək, xərçəng, nevroloji xəstəliklərdən daha çox olacaq.
Əgər ehtiyac duyularsa, xəstəliyin sağalması üçün antibiotikdən ən azı 5 gün istifadə edilməlidir. İnsanlar isə sağaldıqdan 2 gün sonra dərmandan istifadəni dayandırır. Bunun nəticəsində xəstəliklər yenidən qayıdır. Bu, xəstələri daha bahalı və güclü antibiotiklərdən istifadə etməyə məcbur edir.
Balığın sözlərinə görə antibiotik qripə faydalı deyil:
“Soyuqdəymə, qripə tez-tez yoluxuruq. Qeyd edim ki, bunların 80 faizi virusdur. Antibiotiklər viruslara qarşı təsirli deyil. Qızdırmanı aşağı salmağa kömək etməz. Buna görə, bu dərmanlardan soyuqdəymə əleyhinə istifadə edilməməlidir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir