Antibiotik

Antibiotiklərdən yanlış istifadənin DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

Baxış sayı: 650

Alimlərin fikrincə, dünyada hər il bir və ya iki yeni yoluxucu xəstəlik ortaya çıxır. Yalnız son 30 ildə əvvəllər bilinməyən otuzdan çox patogen müəyyən edilib və onların əksəriyyəti bakteriyadır. Bəşəriyyətin ən təhlükəli son “qonaqları” koronavirusun sələfləri olan yeni viruslardır. Lakin antibiotiklərdən sui-istifadə nəticəsində başqa bir problem gündəmə gəlib – bakteriyaların antibiotiklərə qarşı müqaviməti güclənib.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti, professor Vladimir Çulanov danışıb.

“Antibiotikə qarşı bakteriyaların müqavimətinin güclənməsi çox böyük bir qlobal problemdir. Bu, pandemiyada antibiotiklərin rasional olmayan istifadəsi ilə əlaqələndirilir. Klinik mikrobioloqların əvvəllər görmədiyi bir sıra davamlı bakteriya spektoru meydana gəlib. Antibakterial dərmanların həddindən artıq istifadəsi vəziyyəti xeyli pisləşdirir. Eyni zamanda, hökumətlər və əczaçılıq şirkətləri yeni antibiotiklərin inkişafına investisiya qoymağa tələsmirlər. Son 30 ildə belə bir dərmanın yeni sinfini görmədik. Bakteriyalar artıq mövcud antibiotiklərin əksəriyyətinə bu və ya digər dərəcədə müqavimət göstərir”, – baş infeksionist qeyd edib.

V.Çulanov inkişaf etmiş ölkələrdə davamlı bakteriya ştammlarının səbəb olduğu xəstəliklərdən ölüm hallarının artdığını vurğulayıb




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir