Mixail Saakaşvili

Araq zavodu açan, qoyun otaran sabiq prezidentlər…

Baxış sayı: 1. 102

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın Pensilvaniya ştatında yeni zavod açıb. Bu barədə Saakaşvili özü məlumat yayıb. Yeni zavod “Çaça” istehsal edəcək. Saakaşvili həmçinin bildirib ki, bu zavod Pensilvaniyadakı gürcülərin toplanma məkanı da olacaq. “Çaça” Gürcüstanın milli içkisidir.

“Mişa” Gürcüstan və Ukrayna siyasətində özünü sınadıqdan sonra ABŞ-da içki istehsalına baş vurmaq qərarına gəlib. Amma özünə siyasətdən kənar məşğuliyyət tapan sabiq prezident təkcə Saakaşvili deyil.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat hazırda aktiv şəkildə ictimai-siyasi fəaliyyətini davam etdirir. Bir müddət əvvəl media yazmışdı ki, Əhmədinejat çobanlıq edirmiş.

Mahmud Əhmədinejat ile ilgili görsel sonucu

O, vəzifədən getdikdən sonra doğma kəndinə qayıdıb, sadə kəndli həyatı yaşayır, qoyun otarır. İxtisasca inşaat mühəndisidir və bələdiyyə başçısı olmamışdan əvvəl İran Elm və Texnologiya Universitetində müəllim işləyib. Təhsilini də burada alıb. Professor elmi dərəcəsi var.

Bir qədər müəllim işlədikdən sonra Əhmədinejad özünü siyasətdə sınamaq qərarına gəlir.

Ä°lgili resim

Türkiyənin keçmiş prezidenti Abdulla Gülün siyasi karyerasını reabilitasiya etməkdə olduğu, yeni partiya yaradacağı barədə proqnozlar səslənir. Ancaq özünün partiya qurub yola çıxmaq yerinə, Əli Babacanın ümumi başçılığı boynuna götürəcəyi bir partiya yaratdığı söylənilir.

Serj Sərkisyan ile ilgili görsel sonucu

Ermənistanın devrilmiş sabiq prezidenti Serj Sərkisyan isə müəyyən qədər siyasi fəallığını saxlamağa, yenidən nüfuz qazanmağa çalışır. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır.

Boris Yeltsin və Vladimir Putin ile ilgili görsel sonucu

Bundan başqa, müstəqil Rusiyada indiyə qədər cəmi iki prezident olub. Boris Yeltsin və Vladimir Putin. Yeltsin 2007-ci ildə 76 yaşında dünyasını dəyişib. O, 1991-ci ildən 1999-cu ilədək Rusiyanın prezidenti olub. Sonrakı illərdə isə aktiv siyasətlə məşğul olmayıb.

Viktor Yanukoviç ile ilgili görsel sonucu

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç isə gitarada ifa etməyi çox sevirdi. O, bir dəfə ölkə jurnalistlərini evinə qonaq dəvət edəndə onlar üçün gitarada mahnı ifa etmişdi. Hazırda Rusiyada yaşayır və dövlət mühafizəsi ilə təmin edilib.

Emil SALAMOĞLU,




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir