derman

Arıqladan dərmanlar – ürək üçün TƏHLÜKƏ

Baxış sayı: 2. 276

Hər kəs ideal çəkidə olmaq istəyir. Lakin bunun üçün pəhriz saxlayıb idmanla məşğul olan azdır. Odur ki, arıqlamaq üçün nəzərdə tutulan dərmanların satışı ildən-ilə çoxalır. Ancaq möcüzələr yaratdığı, qısa zamanda ideal formaya qovuşdurduğu iddia edilən bu dərmanlar çox vaxt vədləri yerinə yetirə bilmir. Kifayət qədər bahalı olan həmin dərmanların gözlənilən nəticəni vermədiyi bir yana qalsın, üstəlik, insan sağlamlığını da təhlükəyə atır.

“New England Journal of Medicine”də yayımlanan araşdırmanın nəticələri arıqladan dərmanlara müraciət edən insanların ürək xəstəliklərinə yaxalandığını ortaya çıxarıb. Statistika göstərir ki, ABŞ-da hər il 20 min insan bu dərmanlar ucbatından təcili tibbi yardıma möhtac qalır. 2013-­2014-cü illərdə həkimə müraciət edən xəstələrdən 3667-də ürək problemlərinin xroniki hal aldığı müşahidə edilib. Belə ki, dərmandan daimi istifadə edənlərdə ürək döyüntüləri sürətlənir, sinədə ağrı hiss edilir.

Ləman Sultan 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir